Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin nəzərinə.
Azərbaycan Tibb Universitetində ingilis dilində tədris aparan müəllimlərin dil biliyinin qiymətləndirilməsinin ikinci mərhələsi 22 iyun - 02 iyul tarixlərində keçiriləcəkdir.
Ətraflı məlumat
Bağla
AZ RU EN WEBMAIL
Xəbərlər
06.06.2018
ATU-nun hazırlıq kursuna Skype-la qəbul aparılır

Yeni tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna qeydiyyat yeni formada - elektron qaydada aparılır. ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu yalnız bu sistemlə aparılacaq.

 

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında  xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır.

 

Artıq Türkiyə, İran, İraq, Yəmən vətəndaşları ilə Skype üzərindən müsahibələr aparılıb. Bu gün ATU-nun rektoru professor Gəray Gəraybəyli də prosesin təşkili ilə tanış olub, Skype-la müsahibənin gedişini izləyib, prosedurun daha da təkmilləşdirilməsi üçün təkliflərini verib.

 

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalovun sözlərinə görə, müsahibə zamanı tələbəmiz olmaq istəyənlərin bilik səviyyəsi dəyərləndirilir: “İntervyu 8 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir. Bu zaman namizədlərə həm ümumi suallar, həm də fənn sualları verilir. Hər bir namizədə cavablarına uyğun olaraq ballar yazılır. Əgər namizədin topladığı bal keçid balından yuxarıdırsa, onda onların ATU-nun hazırlıq kursuna qəbul üçün müraciətləri təmin edilir”.

 

Skype-la müsahibə 8-10 dəqiqə davam edir. Komissiya ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Müsahibə komissiyasının tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilkov, Xarici tələbələrlə iş üzrə dekan Orxan İsayev və fənn üzrə müəllimlər daxildir.

 

Universitetin hazırlıq kursuna qəbul edilmiş əcnəbi vətəndaşlara tələbə vizası almaq üçün müvafiq sənədlər göndərilir. Sənədləşmə işləri başa çatdıqdan sonra bu şəxslər respublikamızın miqrasiya qanunvericiliyinə uyğun qaydada tələbə vizası ilə təmin olunub ATU-nun hazırlıq kursuna qatıla biləcəklər.

 

Qeyd edək ki, gələn ildən etibarən ATU-nun hazırlıq kurslarına ildə 2 dəfə - aprel-may və oktyabr-noyabr aylarında qəbul aparılacaq. Bu, həm əcnəbi vətəndaşların universitetimizə cəlb olunmasına imkan verəcək. Həm də dərs prosesinin təşkil olunmasına imkan verəcək.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı