AZ RU EN WEBMAIL
Xəbərlər
16.05.2018
ATU-nun əməkdaşı Naxçıvana ezam olunub

Naxçıvan Dövlət Universiteti rəhbərliyinin məktubu və ATU rektorunun razılığı əsasında terapevtik stomatologiya kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Vaqif Həsənov universitetlərarası təcrübə mübadiləsi məqsədilə Naxçıvana ezam olunub. Ezamiyyətin əsas məqsədi NDU-nun tərkibində 5 illik tarixi olan tibb fakültəsinin işi ilə tanış olmaq, son zamanlar ATU-da həyata keçirilən islahatları, tədrisdə olan yenilikləri mübadilə etmək və həftə boyunca silsilə mühazirələr, seminarlar və master-klaslar təşkil etmək idi. Məlumat üçün bildirək ki, NDU 108 ha sahəsi, 16 tədris kopusu olan və şəhərcik tipində fəaliyyət göstərən universitetdir. Orada ümumilikdə 58 ixtisas üzrə mütəxəssis hazırlanır. Tibb fakültəsi isə universitetin bir fakültəsi olaraq 4 ixtisas üzrə – müalicə işi, stomatologiya, əczaçılıq və tibbi profilaktika üzrə mütəxəssislər yetişdirir. Universitetdə tibb fakültəsinə qəbul hər ixtisasda 20 nəfər olmaqla, 80 nəfərdən ibarətdir. Amma qeyd edilməlidir ki, buraya yerli və xarici abituriyentlərin marağı ildən-ilə artmaqdadır.

 

Ezam olunmuş əməkdaşımız V.Həsənov NDU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov və yardımçıları tərəfindən qəbul edilib, universitetdə ən gənc fakültə olan tibb fakültəsinin işinin təşkili, uğurlar və çətinliklər haqda fikirlərini bölüşüblər. Naxçıvan Muxtar Respublikası rəhbərliyi tərəfindən universitetin inkişafına həssaslıq nümayış etdirildiyi və təhsilə ən yüksək səviyyədə dəstək göstərildiyi vurğulanıb. Sonra yeni tibb binasının yeni dərs ilinə qədər açılacağının planlaşdırıldığı, bu binada stomatoloji tədrisin təşkili və inkişafına aid xüsusi iradənin olduğu qeyd edilib. V.Həsənov təhsilin daha effektiv alınması üçün təchizat və təşkilati işə aid öz fikirlərini universitet rəhbərliyinə çatdırılıb.

 

Görüş zamanı stomatoloji təhsilə aid son illərin nəşrlərini əhatə edən 90 ədəd dərslik və dərs vəsaiti ATU adından NDU-nun kitabxanasına hədiyyə olunub. Bu addım NDU-nun rəhbərliyi tərəfindən razılıqla qarşılanmış və bu dəstəyə görə ATU-nun rəhbərliyinə xüsusi təşəkkürlər ifadə edilib.

 

Daha sonra isə silsilə mühazirələr, seminarlar və master-klasslar həyata keçirilib. Belə ki, 5 gün ərzində hər gün bir mühazirə, bir seminar və bir master-klas olmaqla, silsilə tədris işləri yerinə yetirilib. Stomatologiyanın müasir təşkili, stomatologiyanın ən aktual problem-mövzuları mühazirə, seminar və master klasların mövzusu olub. Bu gedişatda yerli mütəxəssislər – müəllimlər də iştirak etmiş, vaxtaşırı tədris-metodiki müzakirə və təcrübə mübadilələri aparılıb.

 

Aparılan dərslər tələbələr tərəfindən son dərəcə maraqla qarşılanmış, belə əlaqələrin onlar üçün faydalı olduğu ifadə edilib.

 

Sonda NDU-nun rektoru, AMEA-nın müxbir üzvü S.Məhərrəmov onların məktubuna müsbət cavab verdiyinə və kadr baxımından onlara göstərdiyi dəstəyə görə ATU-nun rektoru, professor G.Gəraybəyliyə təşəkkürünü bildirib və universitetlərarası əlaqələrin gələcəkdə də inkişaf etməsinin təhsilimizin keyfiyyətinin yaxşılaşmasına xidmət edəcəyini söyləyib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı