AZ RU EN WEBMAIL
Xəbərlər
16.04.2018
Dişlərin müalicəsinə estetik yanaşma

ATU-da aktual mövzuda seminar keçirilib

ATU-nun Ortopedik stomatologiya kafedrasında artıq ənənə halını alan növbəti tematik seminar keçirilib. Bu dəfəki toplantı “Frontal dişlərin estetik restavrasiyası”mövzusuna həsr olunmuşdu.

ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov çıxışında bu dəfəki mövzunun təsadüfi olmadığı və daha fərqli hissəni əhatə etdiyini bildirdi: “Xatırladığınız kimi, ötən dəfə estetik diş analizlərinə həsr olunmuş seminarımız baş tutmuşdu. Bu dəfə həmin mövzunun davamı olaraq Frontal dişlərin estetik restavrasiyasından danışmaq qərrına gəlmişik. Çünki bu mövzu həm stomatoloqlar, həm də xəstələr üçün çox maraqlı və aktual mövzulardandır”. N.Pənahov seminarın tələbələr üçün də faydalı olacağını qeyd etdi.

Daha sonra doktor Vüqar Pənahov “Frontal dişlərin estetik restavrasiyası” mövzusunda ətraflı məruzə ilə çıxış etdi. Bu sahə üzrə İtaliyada professor Vanininin məşhur kursunu bitirən V.Pənahov qeyd etdi ki, ön bölgə dişlərinin konservativ müalicəsinə həm terapevtik, həm də ortopedik müalicələr daxildir: “Frontal dişlərin estetik restavrasiyası-dişin sağlam toxumasını maksimum dərəcədə qorumaqla defektin aradan qaldırılmasına nail olmaq deməkdir. Əslində, burada konservativlik bir qədər fərqli anlam daşıyır. Yəni, bu zaman məqsədimiz təkcə dişdə olan kariyesi aradan qaldırmaq deyil, əsas yanaşmamız daha çox sağlam toxuma saxlamaqla estetikanı tam bərpasından ibarətdir”.

Seminarda Vüqar Pənahov seminar iştirakçılarını ön bölgə dişlərinə konservativ yanaşmada düzgün müalicənin seçilməsi, bu zaman uyğun müalicə metodları ilə tanış etdi. Toplantının sonunda məruzəçi tələbələrin suallarını cavablandırdı. Sonda kafedra müdiri, professor Nazim Pənahov tərəfindən məruzəçi dr. Vüqar Pənahova, həmçinin tədbirdə aktivlik nümayiş etdirən 3 tələbəyə sertifikatlar təqdim olundu.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı