AZ RU EN WEBMAIL
Xəbərlər
13.03.2018
“Fulbright” proqramı çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında seminar keçirilib

Martın 12-də “Fulbright” proqramı çərçivəsində ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında “İnfeksion xəstəliklərin epidemioloji analizi və sübuta əsaslanmış təbabət” mövzusunda seminar keçirilib.

Mühazirəni Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin bir qrup magistrantları qarşısında Amerikanın Viskonsin Lakers Universitetinin professoru, dr. Robert Jecklin deyib. Onun dediyi mühazirə magistrantlar tərəfindən maraqla qarşılanıb.

Seminarda Amerika, Azərbaycan, Qazaxıstan səhiyyəsinin təşkili, problemləri, gələcək perspektivlər və digər məsələlərlə bağlı məlumatlar müzakirə olunub.

Qeyd edək ki, qazaxıstanlı magistrantlar universitetlərarası anlaşmaya əsasən martın 5-dən 16-dək ATU-nun qonağıdır. Onların hər gün müxtəlif kafedralarda təşkil edilmiş elmi seminarlarda iştirak etməsi nəzərdə tutulub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı