AZ RU EN WEBMAIL
Xəbərlər
09.03.2018
ATU tələbələri stolüstü tennis turnirinin qalibi seçilib

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının (AzTU) təşkilatçılığı ilə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

Azərbaycan Tibb Universitetinin (ATU) də tələbələrinin iştirak etdiyi turnirdə çıxış edən ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev tədbir haqqında danışıb. O, iştirakçıları yarış barədə məlumatlandırıb və onlara qaydaları izah edib.

Turnirdə I yerin qalibi ATU Tələbə Gənclər Təşkilatının MPF2 üzrə fakültə sədri Şəmsi Axundov, II yerin qalibi ATU tələbəsi Hossein Shapouran, III yerin qalibi isə Azərbaycan Texniki Universitetinin tələbəsi Kənan İsmayılov olub. 
Yarışın qalibləri diplomlarla təltif edilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı