AZ RU EN
Xəbərlər
07.02.2018
ATU tələbələri Gənclər Günündə Fəxri Fərmanla təltif edildilər

2 Fevral – Gənclər Günü münasibətilə Nəsimi rayon gəncləri bir araya gəliblər. 1500 nəfərdən çox qonağın iştirakı ilə baş tutan bayram tədbirində rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlətin gənclər üçün yaratdığı şəraitdən söz açıb. Qeyd edib ki, Nəsimi rayon əhalisinin təqribən 30,8 faizini gənclər təşkil edir.

Bayram tədbirində Azərbaycan Tibb Universitetinin (ATU) 50 nəfər tələbəsi iştrak edib. Rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və digər sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub. Diplom alan gənclər arasında ATU-nun iki tələbəsi də var. Rayonun ictimai-siyasi həyatında və təşkilatçılıqda, həmçinin beynəlxalq konfranslarda istirakına görə ATU TGT sədri, VI kurs tələbəsi Tural Əzizov və intellektual oyunlarda və rayonun ictimai-siyasi həyatında fəal istirakına görə V kurs tələbəsi Həyat Quliyeva Fəxri Fərmanla təltif ediliblər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı