AZ RU EN
Xəbərlər
10.01.2018
20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edən professor Fəxrəddin Məmmədov 20 Yanvar faciəsinə gətirib çıxaran bu hadisələrin SSRİ rəhbərliyinin  ssenarisi üzrə baş tutduğunu, milli azadlıq hərəkatını boğmaq və xalqın milli qürurunu sındırmaq məqsədi güddüyünü diqqətə çatdırıb. 
Kafedranın dosenti Cavanşir Sadıqov, fakültə həmkarlar təşkilatını sədri, dosent Yavər Vəliyev və digər çıxışçılar da hələ həllini tapmayan Dağlıq Qarabağ problemindən söz açaraq, o zaman sovet qoşunlarının Bakıya qanunsuz, qərəzli yeridilməsini, beynəlxalq hüquq normalarını pozaraq vəhşiliklə cinayət törətməsini pisləyiblər. Baş vermiş faciənin təfərrüatlarını müzakirə edərək Azərbaycan xalqına dəyən maddi və mənəvi zərərdən danışıblar. 
Əlləri xalqımızın qanına batmış Mixail Qorbaçov, Dmitri Yazov, Bokatin və digərlərinin XX əsrin ən böyük faciəsinə görə müqəssir olduqları xüsusi vurğulanıb. 
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı