AZ RU EN WEBMAIL
Xəbərlər
12.01.2018
ATU –nun Tədris Terapevtik Klinikasında

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Tibbi statistika" mövzusunda seminar keçirilib.

Seminarda çıxış edən Tibbi Fizika və informatika kafedrasının baş müəllimi İsmayıl Qafarov tibbi statistikanın tarixindən, statistik göstəricilərin əhəmiyyətindən danışıb.

Statistikanın bütün elmlərin nökəri olduğunu deyən, İ.Qafarov tədrisdə statistik göstəricilərin rezidentlər və tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Riyazi, tibbi statistika və eləcə də ehtimal nəzəriyyəsi statistikada önəmli yer tutur. Tibbi statistik nəticələrin hansı qanunauyğunluğa söykəndiyini göstərmək vacibdir. Statistikaya dair dünya üzrə tanınmış ədədbiyyatlar var ki, onların da istifadəsi lazımlı bilgilərə sahib olmaqda mühüm əhəmiyyət daşıyır”.

Normal paylanma qanunu haqqında məlumat verən İ.Qafarov bildirib ki, bu qanunun əsasında tibbi bioloji məlumatlara yiyələnmək asanlaşır.

Daha sonra əsas məsələlər və problemlər, seçimlər, sıfır nəzəriyyəsi və s. mövzular barədə seminar iştirakçılarına ətraflı məlumat verilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı