AZ RU EN WEBMAIL
Xəbərlər
11.01.2018
Tədris- metodik seminar keçirilib

Ənənəvi olaraq farmakologiya kafedrasının professor-müəllim heyətinin bilik və bacarığının artırılması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə hər il tədris semestrinin sonunda tədris- metodik seminarlar keçirilir.

Yanvarın 11- də bizim də iştirak etdiyimiz növbəti seminarı giriş nitqiylə açan kafedranın müdiri, professor Musa Qəniyev bu tədbirin əhəmiyyətindən danışıb: “Uzun illərdir ki, kafedramızda tədris prosesində müəyyən fasilələr yarananda, yəni qışda və yayda dərs prosesi başa çatdıqdan sonra kafedra əməkdaşları tərəfindən proqrama uyğun şəkildə bir mövzu təqdim olunur.

Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı hər mövzu üzrə tələbələrə verilməsi lazım olan yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir. Bu seminarların keçirilməsində əsas məqsəd tədris prosesinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də dünyada farmakologiya sahəsində baş verən yeniliklərin dərs prosesinə uyğunlaşdırılmasıdır. Yalnız müəllimlərin iştirak etdiyi bu seminarların əsas qayəsi tədris prosesinin keyfiyyətini yaxşılaşdırmaq və Avropa təhsil sisteminə yaxınlaşmaqdır.. Onu da qeyd edim ki, hələ təhsil sistemi klassik variantda olanda da biz bu cür tədris- metodik seminarları keçirirdik. Kafedramızda bir ənənəyə çevrilən bu seminarlar artıq dekabrın sonlarından etibarən start götürüb və həftə ərzində müəllimlərimiz bir sıra müvafiq mövzular üzrə çıxış edirlər”.

Bu növbəti seminarın isə qış fəslinə təsadüf etdiyindən gündəliyə “ Tənəfüs orqanlarının funksiyasına təsir göstərən dərman maddələrinin farmakologiyası” mövzusunda kafedranın assistenti Mətanət Məmmədova çıxış edib. Məruzəçi çıxışında tənəfüs stimulyatorları, öskürək əleyhinə dərman maddələri və bəlğəmgətirici maddələr haqqında geniş məlumat verib. O, tənəfüs ritminin pozulması zamanı istifadə olunan dərman vasitələrinin orqanlarda müxtəlif funksiyaları və dərmanların orqanlara təsir mexanizmlərindən bəhs edib.

Geniş diskussiya formasında keçən seminarda kafedranın tədris hissə müdiri, professor Vəli Əsmətov təcili və təxirəsalınmaz bir sıra dərman maddələrindən və o cümlədən dərmanların öskürək əleyhinə istifadə qaydalarının əhəmiyyəti barədə söhbət açıb. V. Əsmətov həmçinin məruzəçinin çıxışında bəzi müxtəlif məqamlara da aydınlıq gətirib.

Tədris- metodik seminarın sonunda kafedra əməkdaşlarını düşündürən suallar məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı