ATU əməkdaşlarının nəzərinə!
Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün korporativ email ünvan sistemi yaradılıb. Bundan sonra ATU-nun bütün işçiləri universitetin rəsmi saytında yerləşdirilən “webmail” bölməsindən özlərinin email qutularına daxil ola bilərlər. Email ünvanlarını və digər təfərrüatları öyrənmək üçün ATU-nun İT şöbəsinə müraciət edə bilərsiniz.
WEBMAIL
Bağla
AZ RU EN WEBMAIL
Xəbərlər
05.01.2018
ATU-nun məzunu Fransada əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiya işini müdafiə edib

Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin doktorantı Elnur Qarayev Fransanın Eks-Marsel Universitetinində əczaçılıq üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib. O, ATU-nun əczaçılıq kimyası kafedrasının və eyni zamanda, Eks-Marsel Universitetinin doktorantı kimi elmi tədqiqatlarını Fransada “Farmakoqnoziya və etnofarmakologiya” laboratoriyasında yerinə yetirib. 2017-ci ilin dekabrinda isə “İnula montana (Dağ andızı) bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi“ adlı dissertasiya işini müdafiə edərək, Fransa Eks-Marsel Universiteti tərəfindən əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

ATU-nun əczaçılıq kimyası kafedrasının müdiri prof. Tahir Süleymanovun sözlərinə görə, Elnur Qarayev dissertasiya işində bitkinin kimyəvi tərkibini öyrənib. Mövsümdən asılı olaraq maddələrin miqdarca necə dəyişdiyini xarakterizə edib və alınan bioloji fəal maddələrin farmakologiyasını geniş tədqiq edib. Tədqiqatlar zamanı bitkidən ümumilikdə 27 fərdi maddə alınıb və müasir analitik üsulların köməyi ilə identifikasiya edilib: “Qeyd etmək lazımdır ki, bitkidən ayrılan bu maddələrdən 6-nın indiyə qədər elmə məlum olmayan yeni maddə olduğu sübut edilib. Dissertasiya işinin bəzi fraqmentləri Fransada keçirilən beynəlxalq konfranslarda məruzə edilib və Hollandiyanın nüfuzlu “Elsevier” mətbu orqanına daxil olan “Fitoterapiya” və “Flora” kimi yüksək impakt faktorlu elmi jurnallarda çap olunub”.

Qeyd edək ki, E.Qarayev 2011-ci ildə ATU-nun əczaçılıq fakültəsinin bakalavr pilləsini bitirib. 2013-cü ildə magistr təhsilinin son yarım ilində eksperimentlərin aparılması məqsədi ilə ATU və Eks-Marsel Universiteti arasındakı əməkdaşlıq müqaviləsinə əsasən, Fransaya ezam olunub. ATU-da magistr pilləsini bitirdikdən sonra Fransada magistraturaya daxil olub. O, “Cephalaria media bitkisinin kimyəvi-toksikoloji analizi” adlı magistr dissertasiya işini Eks-Marsel Universitetində fransız dilində müdafiə edib və onun tədqiqat işi həmin universitetin alimlərinin marağına səbəb olub. Elmi tədqiqatlarını davam etdirmək üçün E.Qarayevi universitetin “Farmakoqnoziya və etnofarmakologiya” laboratoriyasına dəvət ediblər.

E.Qarayev 20-yə qədər elmi işin müəllifidir. Rus, ingilis və fransız dillərində sərbəst danışır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı