ATU əməkdaşlarının nəzərinə!
Azərbaycan Tibb Universitetinin əməkdaşları üçün korporativ email ünvan sistemi yaradılıb. Bundan sonra ATU-nun bütün işçiləri universitetin rəsmi saytında yerləşdirilən “webmail” bölməsindən özlərinin email qutularına daxil ola bilərlər. Email ünvanlarını və digər təfərrüatları öyrənmək üçün ATU-nun İT şöbəsinə müraciət edə bilərsiniz.
WEBMAIL
Bağla
AZ RU EN WEBMAIL
Xəbərlər
05.01.2018
ATU-nun Tədris Terapevtik Klinikasının nefroloqu Beynəlxalq Nefroloqlar Təşkilatının keçirdiyi müsabiqədə qalib olub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Terapevtik ve pediatrik propodevtika kafedrasının dissertantı, Efferent Terapiya Mərkəzinin həkim nefroloqu Elgün Həziyev Beynəlxalq Nefroloqlar Təşkilatının ( İSN ) keçirdiyi müsabiqədə iştirak edib.

Gənc alimin təklif etdiyi “Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alan xəstələrdə Kəskin Böyrək Zədələnməsinin müalicəsində Davamedici Veno Venoz Hemofiltrasiya ( CVVHDF )” adlı araşdırma işi müsabiqədə qalib olub.

E. Həziyev elmi araşdırmanı davam etdirmək üçün Türkiyə Cumhuriyyəti Bezmialem Vakıf Universitetindən dəvət alıb. Universitet gənc alimə 12 ay müddətində 7 müxtəlif profilli reanimasiyada işləmək və araşdırma bazası toplamaq hüququ verib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı