AZ RU EN WEBMAIL
Xəbərlər
29.12.2017
ATU rektoru Gəray Gəraybəyli kollektiv üzvlərini təbrik etdi

Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli universitetin çoxsaylı kollektivini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

Universiet rəhbərliyi ilə görüşdə rektor G.Gəraybəyli bir gün öncə Səhiyyə Nazirliyində keçirilən geniş tərkibli kollegiya iclası barədə məlumat verdi. Rektorun sözlərinə görə, həmin iclasda Səhiyyə Nazirliyinin 2017-ci il ərzindəki fəaliyyəti, keçirilən tədbirlər və görülmüş işlər barədə məruzələr dinlənilib: “Mən də orda Azərbaycan Tibb Universitetinin bir illik fəlaiyyəti, aparılan islahatlar, yeniliklər, struktur dəyişiklikləri haqqında geniş məruzə ilə çıxış etdim. Nəticədə ATU-nun fəaliyyəti kollekgiya iclasının iştirakçıları tərəfindən müsbət qiymətləndirildi. Bunda kollektiv üzvlərimizin də böyük əməyi var və buna görə hər birinizə təşəkkür edirəm. Gələn ilin də universitetimiz üçün uğurlu, aktiv və müsbət yönümlü yeniliklərlə zəngin olmasını diləyirəm”.

ATU rektoru, professor Gəray Gəraybəyli univeritet əməkdaşları və onların ailə üzvlərinə can sağlığı, uzun ömür və bütün işlərindən uğurlar arzuladı.  

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı