AZ RU EN
Xəbərlər
07.12.2017
ATU-nun Elmi Şurası yeni tərkibdə ilk iclasını keçirdi

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) yeni tərkibdə şura üzvlərinin iştirakı ilə Böyük Elmi Şuranın növbəti iclası keçirildi. Tədbirdə rektor, professor Gəray Gəraybəyli açılış nitqi ilə çıxış edərək Şurasının yeni tərkibini iştirakçılara təqdim etdi. Onun sözlərinə görə, “Ali Təhsil Müəssisəsinin Elmi Şurası haqqında «Əsasnamə»yə əsasən, Elmi Şuranın tərkibi hər 5 ildən bir seçilir. Əsasnaməyə görə, Elmi Şuranın tərkibi ali təhsil müəssisəsində tutduqları vəzifələrinə görə Şuranın tərkibinə daxil olanlardan və seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılmalıdır.

Elmi Şuranın tərkibinə tutduqları vəzifələrə görə rektor, elmi katib, prorektorlar, rektorun müşaviri, ATU əməkdaşlarının və tələbələrin Həmkarlar İttifaqı Komitəsinin sədrləri, ATU-nun Klinikalarının direktorları, Mərkəzi Laboratoriyanın müdiri, Tədris şöbəsinin müdiri, İnnovasiya şöbəsinin müdiri və İctimai Nəzarət Şurasının sədr müavini olmaqla 26 nəfər daxil edilib. Həmin sayın 20%-dən çox miqdarında yer üçün ayrı-ayrı fakültələr arasında say kvotası gözlənilməklə, əməkdaşların ümumi yığıncağında seçkilər keçirilmiş və müxtəlif kafedralardan 26 nəfər nümayəndə seçilib. Həmçinin 6 nəfər tələbə dekanları da seçki yolu ilə Şuraya üzv seçilib. Beləliklə, 23 noyabr tarixində Elmi Şuranın tərkibi mənim tərəfindən təsdiq edilməklə, Elmi Şuranın hazırki say tərkibi 58 nəfər olub”.

Rektor daha sonra qeyd edib ki, «Əsasnamə»yə əsasən, Elmi Şuranın katibi Elmi Şuraya seçilmiş üzvlər arasından açıq səsvermə ilə seçilir. Elmi Şuranın Elmi katibi kimi, Universitetin Elmi katibi Nazim Pənahovun namizədliyi irəli sürülmüş və səsvermə yolu ilə yekdilliklə seçilib.

Şuranın gündəliyində ilk məsələ “ATU-da 2016/2017-ci tədris ilində keçirilən peşə təcrübəsinin yekunları və tələbələrin təcrübi hazırlığının yaxşılaşdırılması” ilə bağlı idi. Bu mövzuda ATU-nun istehsalat təcrübəsi şöbəsinin müdiri, dosent Şəfa Əliyev mühazirə ilə çıxış etdi. Onun verdiyi məlumata görə, I müalicə-profilaktika fakültəsi üzrə bu il istehsalat təcrübəsindən 951 tələbə keçib ki, bunlardan 333nəfəri III kurs tələbəsi, 314 nəfəri IV kurs tələbəsi, 304 nəfəri V kurs tələbəsidir. II müalicə-profilaktika fakültəsi üzrə bu il istehsalat təcrübəsindən 997 tələbə keçib (350 nəfəri III kurs tələbəsi, 315-i IV kurs tələbəsi, 332 V kurs tələbəsidir). Verilən məlumata görə, stomatologiya fakültəsi üzrə bu il istehsalat təcrübəsindən 428 tələbə keçib (II kurs üzrə 139 tələbə, III kurs üzrə 143 tələbə, IV kurs üzrə 146 tələbə). İctimai səhiyyə fakültəsi üzrə 313 tələbə istehsalat təcrübəsindən keçib (bunlardan 80-i II kurs, 77-si III kurs, 77-si IV kurs, 79-u V kurs), əczaçılıq fakültəsi üzrə 161 tələbə istehsalat təcrübəsindən keçib (bunlardan II kursdan 82-nəfər, III 79 nəfər).

Qeyd olunub ki, bu il müalicə fakültələrinin tələbələri yay istehsalat təcrübəsini ATU-nun klinikalarında və Səhiyyə Nazirliyinin tabeliyində olan bazalarda keçiblər. Stomatologiya tələbələri təcrübələrini ATU-nun Stomatolji Klinikasında keçiblər. ATU-nun İctimai səhiyyə fakültəsinin tələbələri isə baza olaraq təcrübəni Gigiyena Epidemiologiya Mərkəzində keçiblər. 
Əczaçılıq fakültəsinin tələbələri aptek təcrübəsi üçün AzəriMed MMC, Zeytun MMC və Dokta MMC apteklər şəbəkələrindən istifadə ediblər. III kurs tələbələri isə farmakoqnoziya fənnindən təcrübə keçmək üçün Mərdəkan Dendrarisinə, Altıağac, Xızı və digər kəndlərə ekskursiya ediblər.

Hesabat xarakterli çıxışdan sonra Elmi Şura üzvləri gündəlikdə duran digər məsələlər ətrafında müzakirələri davam etdiriblər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı