AZ RU EN
Xəbərlər
20.11.2017
ATU-nun Tədris Cərrahiyyə Klinikasında doğulan üçəmlər evə buraxılıb

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 7000 doğuşdan nir rast gəlinən hadisə baş verib – üçəmlər doğulublar. Noyabrın 18-də baş tutan doğuş müsbət nəticələnib. Üçəmlər artıq evə buraxılıblar. Həm ana, həm də uşaqlar özlərini yaxşı hiss edirlər. Bu haqda Klinikanın mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov  məlumat verib:

“Hamiləliklərin uğurla sonlanma faizinə nəzər yetirdikdə, təkli hamiləliklərdə bu ehtimal 90, əkizlərdə 70, üçəmlərdə isə təxminən 30 faiz təşkil edir. Bizim halda bu, ananın ilk hamiləliyi idi. Hamiləliyin normal sonlanması və ananın sağlamlığı baxımından, döllərdən birinin inkişafını dayandırmağı təklif etdik. Lakin ailə buna razılıq vermədi. Hamiləliyin əvvəllərində bəzi problemlərin yaşanmasına baxmayaraq, uşaqlar tam sağlam dünyaya gəldilər. Normalda təkli hamiləliklərin sonlanma müddəti 39 həftədirsə, əkizlərin adətən dünyaya gəlməsi 35-36-cı, üçəmlərin doğulması isə 31-32 həftələrə təsadüf edir. Bu baxımdan da hamiləliyin 31-ci həftəsində dünyaya gələn üçəmlərimiz demək olar ki, tam vaxtında doğulublar”.

Qeyd edək ki, hər üçü oğlan olan körpələrdən ikisi 1500 qram, biri isə 1600 qram çəki ilə doğulublar. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı