AZ RU EN
Xəbərlər
16.11.2017
Zemfira Topçubaşovanın tibb elmindəki misilsiz xidmətləri unudulmayacaq

Noyabrın 16-da Respublika Perinatal Mərkəzində Azərbaycan Tibb Universitetinin (ATU) müalicə-profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar Müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın xatirə gecəsi keçirilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Z.Topçubaşovanın həyat və fəaliyyətindən danışıb. Direktor bildirib ki, ömrünün 60 ildən çoxunu tibb təhsilinə həsr edən Əməkdar Müəllimi respublikanın demək olar ki, bütün bölgələrində tanıyırdılar.

Sonra çıxış edən ATU-nun I mamalıq-ginekologiya kafedrasının müdiri, Əməkdar Həkim Elmira Əliyeva, kafedranın professoru Şahbaz Şahbazov və digərləri xalqını, vətənini sevən əvəzolunmaz həkimin Azərbaycanın tibb elmində rolundan, əvəzsiz xidmətlərindən bəhs ediblər. Çıxış edən hər kəs onun xatirələrdə yaşayacağını, misilsiz xidmətlərinin unudulmayacağını söyləyib.

Daha sonra təvazökar və fədakar xanıma həsr olunmuş videorolik nümayiş etdirilib.

Sonda Z.Topçubaşovanın ailə üzvləri anım gecəsinin keçirilməsinə görə təşkilatçılara öz minnətdarlığını bildiriblər.

Xatırladaq ki, Zemfira Topçubaşova Azərbaycan cərrahlıq elmi məktəbinin banilərindən biri, tanınmış ictimai və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri Mustafa Topçubaşovun və Azərbaycanın ilk qadın rəssamı, SSRİ-nin əməkdar incəsənət xadimi Reyhan Topçubaşovanın qızı idi.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı