AZ RU EN
Xəbərlər
13.11.2017
ATU əməkdaşları Beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər

Pakistan İslam Respublikasının Karaçi Universitetində 6-cı Beynəlxalq “Molekulyar Təbabət və Dərman Araşdırmaları” elmi simpoziumu (MMDR-6) keçirilib. Simpoziumda Azərbaycan Tibb Universitetini (ATU) Patoloji anatomiya kafedrasının baş müəllimi, t.ü.f.d. Müşfiq Orucov və Bioloji kimya kafedrasının kiçik elmi işçisi Hafiz Osmanov təmsil edib.

Simpoziumda dünyanın 23 ölkəsinin aparıcı elm mərkəzlərindən və ali təhsil ocaqlarından alimlər öz elmi-tədqiqat işlərinin nəticələri haqqında məruzə ilə çıxış ediblər. ATU əməkdaşlarının məruzələri də tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir UNESCO, İƏT-in Elm Fondu və Karaçi Universitetinin Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi (ICCBS) tərəfindən təşkil edilib. Simpozium çərçivəsində “Neoplaziyanın əsasları və karsinogenez”, “Elmi-tədqiqat nəticələrinin bioinformativ işlənilməsi” və “NMR spektroskopiyanın molekulyar biologiyada və dərman araşdırmalarında tətbiqi” mövzularında seminarlar da keçirilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı