AZ RU EN
Xəbərlər
13.11.2017
ATU həkimləri Gəncədə elmi-praktik konfransda məruzə ilə çıxış ediblər

Gəncədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunmuş “Səhiyyənin aktual problemləri:
pediatrik, psixiatrik, nevroloji, cərrahi, anestezioloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları – psixiatriya kafedrasının assenti İkram Rüstəmov və I uşaq xəstəlikləri kafedrasının assenti Nigar Sədiyeva səhiyyə orqanlarına dəstək məqsədilə konfransda müxtəlif mövzularda məruzələr ediblər. Həmçinin Kəlbəcər rayonundan olan məcburi köçkün xəstələrin tibbi müayinələrini həyata keçiriblər.

Konfransda Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova və Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşları da məruzələrlə çıxış ediblər.

Tədbirdə Şəki RMX-nın baş həkimi, Kəlbəcər RMX-nın, Sumqayıt və Gəncə şəhəri tibb müəssisələrinin həkimləri iştirak ediblər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı