AZ RU EN
Xəbərlər
08.11.2017
“Bağımlılıq müalicələrində diaqnoz, nevroloji yanaşmalar və texnoloji yeniliklər” mövzusuna həsr olunmuş seminar keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun və HMH Baku, Medi Globalın birlikdə təşkil etdiyi, NP İstanbul Beyin Xəstəxanasının “Bağımlılıq müalicələrində diaqnoz, bağımlılıq müalicələrində nevroloji yanaşmalar və texnoloji yeniliklər” mövzusuna həsr olunmuş seminar keçirildi.

Klinikanın direktoru, professor Surxay Hadıyev çıxışında bildirdi ki, bu tədbir İstanbul Üsküdar Universiteti və Medi Global şirkətinin klinikada keçirəcəyi seminara həsr olunub: “Bu günki seminar psixiatriya sahəsinə, dünyada geniş yayılmış zərərli alışqanlıqlara həsr olunub. Bu xəstəliyin yaranma səbəbləri və müalicə üsulları barədə burada danışacağıq. Seminarda Üsküdar Universitetinin rektoru, həkimləri iştirak edir. Hər kəsə işlərində uğurlar diləyirəm”.

Üsküdar Universitetinin rektoru, professor Nevzat Tarhan çıxında bu mövzuda olan seminarların önəmindən bəhs etdi: “Bu problemlərin böyüməməsi üçün bir çox işlər görməliyik. Çünki asılılıq çox çətin bir xəstəlikdir, bir çox digər xəstəliklərə yol açır. Müalicəsi çətin və uzun olan bir prosesdir. Bu seminarda asılılıq xəstəliyi ilə bağlı fikirlərimizi və təcrübələrimizi bölüşəcəyik. İnanıram ki, xəstəliyin qarşısının alınmasında bu kimi seminarların faydası böyükdür”.

Daha sonra seminar işinə mütəxəssislərin çıxışları ilə davam etdi. Asif Kəngərli “Bağımlılıq müalicələrinə Azərbaycanda yanaşma”, Araz Əliquliyev “Azərbaycanda bağımlılıq statistikası”, Nesin Dilbaz “Bağımlılıq nədir və müalicəsi” mövzusunda məruzə oxudular.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı