AZ RU EN
Xəbərlər
07.11.2017
ATU-nun Tədris Terapevtik Klinikasında Tibbi Şuranın genişləndirilmiş iclası keçirildi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Tibbi Şuranın genişləndirilmiş (37 saylı) iclası keçirilib.

İclası giriş sözü ilə açan direktorun müavini Adil Nuriyev klinikanın oktyabr ayında müalicə-diaqnostik fəaliyyəti haqqındakı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.

Oktyabr ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən A.Nuriyev sentyabrla müqayisədə oktyabr ayı ərzində xəstə qəbulunun artdığını bildirib.

A.Nuriyev qeyd edib ki, ən çox xəstə uşaq allerqologiya pulmonologiya endokrinologiya, hematologiya, uşaq kardiorevmatologiya şöbələrində qəbul edilib. O, eyni zamanda ambulator vərəqələrin yazılması və son klinik diaqnozu dəqiqləşdirmək üçün labarotar və instrumental müayinələrin vacibliyindən də danışıb.

Daha sonra direktorun klinik işlər üzrə müavini Samir Allahverdiyev çıxış edib.
O, cari məsələlər və görülən işlərlə bağlı şura üzvlərinə məlumat verib.

Qeyd edək ki, iclasda ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov da iştirak edib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı