AZ RU EN
Xəbərlər
06.11.2017
ATU-da “1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji simpoziumu” keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “1-ci Alman-Azərbaycan Radioloji və Neyroradioloji simpoziumu” keçirilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev simpoziumu açıq elan edib və hər kəsə uğurlar diləyib: “Cənab prezident Azərbaycanın səhiyyə sahəsinə daim diqqət və qayğı göstərir. Bu qayğı nəticəsində səhiyyəmiz çox inkişaf edib, xeyli müsbət addımlar atılır. Bu simpoziumun keçirilməsi də tibb sahəsi üçün olduqca faydalıdır. Bu gün burada həqiqətən də öz sahəsində tanınan, bilikli şəxslər bir araya gəlib. Simpoziuma işinə uğurlar diləyirəm”.

Daha sonra ATU-nun Neyrocərrahiyyə kafedrasının müdiri, professor Sabir Etibarlı çıxış edərək, simpoziumun önündə duran məsələlər haqqında məlumat verib.

Simpoziumda Ruslan Əliyev “Endovaskulyar anevrizmalarda müalicə növləri”, Coşqun Məmmədov “Stroke xəstələrdə endovaskulyar terapiya”, t.e.d. Nuran Abdullayev “Tumor xəstələrinin Staging-ində müasir təkminləşmələr – müasir diaqnostika”, Volker Maus “Neyroradioloji diaqnostika metodları və əhatəli Stroke diaqnostikası”, prof. Anastasios Mlotsaris “Alman Stroke Mərkəzi modeli və təşkili” və s. mövzularda mühazirələrlə çıxış ediblər. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı