AZ RU EN
Xəbərlər
06.11.2017
ATU-da keçirilən IV Beynəlxalq Bakı Tibb Konqresinin fəalları

Azərbaycan Tibb Universitetində (ATU) Tələbələr və Gənc Həkimlərin IV Beynəlxalq Tibb Konqresi keçirilib. İki gün davam edəcək konqresdə dünyanın müxtəlif ölkələrindən – Almaniya, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələrdən olan tibb mütəxəssisləri, eyni zamanda, ATU-nun professor-müəllim heyəti, tələbələri iştirak edib.

Konqresin açılışında ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tələbələr və Gənc Həkimlərin Beynəlxalq Tibb Konqresinin təşkilinin artıq ənənə halını aldığını bildirib. Onun sözlərinə görə, bu ilki konqres əvvəlkilərdən bir qədər fərqlənir. Konqres ərəfəsində Türkiyə İstanbul Universiteti tibb fakultəsi, Endoskopik laparoskopik cərrahi dərnəyin nüfuzlu professor heyətinin dəstəyi ilə laparoskopik cərrahiyyə kursu təşkil edilib. Konqresə çox maraqlı elmi məqalələr, posterlər təqdim olunub.

Konqresin plenar sessiyasında tibbin müxtəlif sahələrinə dair həm azərbaycanlı, həm də xarici mütəxəssislərin mühazirələri səsləndirilib. Onkologiya, pediatriya, urologiya, oftalmologiya, ginekologiyada rast gəlinən xəstəliklər və onların yeni müalicə metodlarına dair təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, konqresin koordinatorları Ramil Hüseynzadə, Orxan İsgəndərov və Nərgiz Müştaqzadədir. Onlara bu işdə Fidan Süleymanlı, Əzizə Quluzadə, Ülvi Ələşrəfov, Mixail Qəhrəmanov, Nərgiz Əliyeva, Qəndab Novruzlu, Gözəl Mirzəyeva dəstək verib. Qeydiyyat komandasında - Validə Nəsibli, Sevinc Namazova, Natavan Hüseynova, Xəyalə Musayeva, Nuranə Mənsimzadə, Sevinc Vəliyeva, Qəhrəmanzadə Tamilla, Elida Məmmədli, Nurlana İbrahimli, Səlimə Rəhimova, PR komandasında - Türkay Kərimli, Leyla Quliyeva, Bəyim Hünbətova, Cavid Mustafazadə, texniki dəstək komandasında - Kamran Məmmədov, Rəhman Tahirli, Esmira Paşayeva, sosial proqram komandasında - Mehriban Sarıyeva, Kamilə Qaraisalı, Ağgül Məmmədzadə, Aidə Qasımova, Rafael Balabəyov çalışıb. Tədbirin fotoqraf və qrafik dizayneri Calal Məmmədovdur.

Tədbir iştirakçılarının çıxışlarını Rəşid Qaçabəyov və Emin Eyvazov sinxron tərcümə edib. Koqres Səmra Bağırlı və Sərxan Həsənlinin aparıcılığı ilə baş tutub. Musiqili proqramın təşkili ilə Nərmin Camal, Əziz Əhmədli və Fərhan Namazov məşğul olub. Təşkilati heyətə Elşən Nemətli, İlkin Quluzadə, Məhərrəm Alimli, Aygül Abdullayeva, Nərminə Həmzalı, Sona Məmmədzadə, Nərgiz Vəliyeva, Sevinc Babayeva, Balaxanım Məmmədova, Elmira Nəciyeva, Xəzanə Əzimzadə, Aysel Haqverdiyeva və Eltac Hümbətova daxildir.

Xatırladaq ki, I Beynəlxalq Tibb Konqresi 2014-cü ilin mayında ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Həmin ildən etibarən hər il ATU-nun təşəbbüsü və təşkilatçılığı, xarici mütəxəssislərin iştirakı ilə Beynəlxalq Tibb Konqresi keçirilir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı