AZ RU EN
Xəbərlər
14.09.2017
ATU-nun məzunu, professor Yan Press Tədris Terapevtik Klinikada olub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ATU-nun məzunu, İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, Klalit Tibb Şəbəkəsinin Cənub bölgəsi üzrə ambulator geriatriya xidmətinin rəhbəri, professor Yan Press, bu universitetin əməkdaşı həkim Aleks Geftler və İsrail səfirinin müavini Avital Rozenberqin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov Tədris Terapevtik Klinikada yaradılan Geriatriya şöbəsi haqqında danışıb.

R. Bəylərov bu sahədə çalışan yetərincə mütəxəssislərimizin olduğunu deyib:”Bu gün artıq ATU-nun Tədris Terapevtik Klinikasında Geriatriya şöbəsi fəaliyyət göstərir. Xarici ölkələrin mütəxəssislərini də universitetimizə dəvət edib, onların təcrübəsindən yararlanmaqla bu sahədə daha da böyük irəliləyişlərə nail olacağımıza inanırıq”.

R. Bəylərov onu da qeyd edib ki, İsrailin Ben-Qurion Universiteti ilə ATU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Xarici mütəxəssislərin universitetimizə dəvət olunmasında ATU rektoru, professor Gəray Gəraybəylinin çox böyük zəhməti və qayğısı var. Dünyanın digər tibb universitetləri ilə əlaqə qurmaqda böyük təşəbbüs göstərir. İnanırıq ki, bu əlaqələr universitetimizin digər dünya ölkələri arasında nüfuzunun artmasında öz töhfəsini verəcək”.

Prorektor həmçinin tədbirə göstərdikləri dəstəyə görə İsrailin Ben-Qurion Universitetinə və bu dövlətin səfirliyinə öz minnətdarlığını bildirib.

Daha sonra İsrail səfirinin müavini Avital Rozenbreq çıxış edib.

O, Tibb Universitetində belə möhtərəm tədbirdə iştirakına görə universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.

“Geriatriya çoxşaxəli sahə olduğunundan, bu, həm bizim gələcəyimiz, həm də yaşlılara qayğı baxımından önəm daşıyır. Professor Yan Pressin bu sahədə təcrübəsini bölüşməsi də çox təqdirəlayiqdir və inanıram ki, bu seminar hər bir həkimin gələcək fəaliyyətində böyük köməklik göstərəcəkdir”.

Daha sonra professor Yan Press məruzə ilə çıxış edib.

O, ilk növbədə universitet rəhbərliyinə, ATU-nun beynəlxalq işlər üzrə prorektoru, dosent Nadir Zeynalova və klinikanın direktoru, professor Hüseyn Qabulova yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü bildirib.

Professor Yan Press "DELİRİY" mövzusunda, eyni zamanda 65 yaşdan yuxarı insanlarda xəstəliklərin müayinə və müalicəsi ilə bağlı çıxış edib.

Bu xəstəliyin müayinəsində vacib olan dərman preparatları, xəstəlikdə diaqnozun qoyulmasının əhəmiyyətindən, eyni zamanda düzgün qoyulmayan diaqnoz nəticəsində yarana biləcək risklərdən də danışıb.

Tədbir böyük maraqla qarşılanıb və sonda professor Yan Press tədbir iştirakçılarının suallarını cavablandırıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı