AZ RU EN
Xəbərlər
14.09.2017
I kurs tələbələri II müalicə-profilaktika fakültəsi ilə tanış oldular

Azərbaycan Tibb Universitetinə (ATU) yeni qəbul olunmuş tələbələrlə görüşlər davam edir. Bu gün daha bir neçə fakültə rəhbərliyi I kurs tələbləri ilə geniş miqyaslı toplantı keçirib. O cümlədən, ATU-nun II müalicə-profilaktika fakültəsinin dekanlıq nümayəndələrinin I kurs tələbələri ilə görüşü keçirilib.

Görüşdə ATU-nun II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli universitetə yeni qəbul olan tələbələri təbrik edərək, onlara fakültə haqqında qısa məlumat verib: “II Müalicə-profilaktika fakültəsində “müalicə işi” ixtisası üzrə müasir səviyyəli həkimlər hazırlanır. Fakültənin I-III kurslarında təbabətin təməl fənləri, yuxarı kurslarda isə klinik fənlər tədris olunur. Ümid edirik ki, hamınız gələcəkdə bu ixtisas üzrə zəruri biliklərə yiyələnib, xalqımıza fayda verəcəksiniz”.

Daha sonra ATU-nun tədris şöbəsinin müdiri, dosent Nəsimi Qasımov çıxış edərək, tələbələrə və valideynlərə öz praktikasına uyğun öyüd-nəsiyyətlərini verdi: “Bu gündən həyatınızda çox önəmli bir mərhələyə addım atırsınız. Tibb Universiteti Azərbaycanın ən tanınan, ən nüfuzlu universitetlərindən biridir. Siz artıq bu gündən təhsillə bağlı bəzi vərdişlərə yiyələnməlisiniz. Həyatda daim fəal olmağı, yalnız tibbi deyil, digər sahələrdə də aktiv fəlaiyyət göstərməyi məsləhət görürəm”.

Daha sonra fakültənin dekan müavini Mahir Quliyev çıxış edərək görüş iştirakçılarına fakültədə keçiriləcək fənlər, dərs keçiləcək korpuslar, tədrisin qaydaları, imtahan prosesi haqqında praktiki məlumatları çatdırdı. Görüş zamanı yeni tələbələr də onların maraqlandıran sualları fakültə rəhbərliyinə ünvanladılar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı