AZ RU EN
Xəbərlər
13.09.2017
Tibb profilaktika fakültəsinin I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib

Azərbaycan Tibb Universitetində I kurs tələbələri ilə görüşlər çərçivəsində növbəti toplantı Tibbi profilaktika fakültəsində keçirilib. Dekanlıq nümayəndələrinin qatıldığı görüşdə I kurs tələbələri ilə yanaşı, onların valideynləri də iştirak ediblər.

ATU-nun tibbi profilaktika fakültəsinin dekanı, dosent Anar Ağayev həkim olmaq istəyən gənclərə tibbi-profilaktika ixtisasının əsasları haqqında danışıb. Onun sözlərinə görə, bu sahə əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasının qanunauyğunluqlarını öyrənir, ətraf mühitdə olan risk amillərini, risk qruplarını və risk zonalarını aşkar edərək, əhalinin sağlamlığının pozulmasının qarşısını alan, elmi cəhətdən əsaslandırılmış profilaktik tədbirlər sistemini işləyib hazırlayır. Bununla da insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin edir: “Tibbi profilaktika sahəsi ictimai sağlamlığın qorunmasında profilaktika prioritet xarakter daşımaqla, daha humanist tibbi fəaliyyət sahəsi hesab edilir.Tibbi-profilaktika fakültəsi məhz bu keyfiyyətlərə malik, dərin bilik və səmərəli bacarıqlara yiyələnmiş, ekoloji təhlükəsizliyi təmin edən həkimlər hazırlayır”.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev tələbələri təbrik edərək, tibbi profilaktika fakültəsinin ATU-nun önəmli fakültələrindən biri olduğunu qeyd etdi: “Tibbi-profilaktika ixtisasını bitirən məzunlar rezidenturada təhsil alaraq mikrobiologiya, epidemiologiya, infeksion xəstəliklər, gigiyena, laboratoriya işi, və sosial gigiyena və səhiyyənin təşkili üzrə kadrlar hazırlanır”.

Daha sonra dekan A.Ağayev tələbələri maraqlandıran sualları cavablandıraraq, ATU-daki dərs prosesi, təhsilin keyfiyyətləri haqqında məlumatlar verdi. Qeyd edək ki, bu il 77 nəfər ATU-nun Tibbi-profilaktika fakültəsinin tələbəsi adını qazanıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı