AZ RU EN
Xəbərlər
13.09.2017
ATU-nun Stomatologiya fakültəsində I kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) fakültə rəhbərlərinin 1-ci kurs tələbələri ilə silsilə görüşlərə strat verilib. İlk belə görüş Stomatologiya fakültəsinin dekanlıq nümayəndələrinin iştirakı ilə baş tutub.

Görüşdə bu il ATU-nun Stomatologiya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri iştirak ediblər. ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev bu fakültəyə  qəbul olan gəncləri təbrik edib: “Həkimlik, insanların sağlamlığını qorumaq çox vacib və əəmiyyətli işdir. Bu sırada stomatologiyanın xüsusi yeri var. Tibb Universitetinin stomatologiya fakültəsində sizin nəzəri və praktik biliklərə yiyiələnməniz üçün hər cür şərait yaradılıb. Savadlı müəllimlərimiz, hər cür yeni avadanlıqlarla təchiz olunmuş otaqlarımız var. İnanıram ki, hər birinizə lazımi bilikləri qazanmağa kömək edəcəyik.”

Professor S.Əliyev həmçinin xarici tələbələr arasında ATU-nun məhz stomatologiya fakültəsini seçənlərin daha çox olduğunu da vurğuladı.

Görüşdə fakültə dekanı, professor Zöhrab Qarayev tələbələrə ATU-dakı tədris prosesi, imtahanlar, dərslərin aparılması, həmçinin nizam-intizam qaydaları haqqında geniş məlumat verdi: “Stomatologiya fakültəsində həkim-stomatoloq ixtisasları üzrə kadrlar hazırlanır. Tələbələrə təbabətin təməl fənləri ilə yanaşı stomatoloji fənlər - stomatoloji xəstəliklərin profilaktikası, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya tədris olunur”. Dekan həmçinin klinikada yaradılan bacarıq otaqlarından da söz açaraq, tələbələrin müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçdiyini və praktiki vərdişlər əldə etdiyini, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak etdiklərini qeyd etdi.

Daha sonra görüşdə iştirak edən birinci kurs tələbləri onların maraqlandıran sualları səsləndirdilər. Qeyd edək ki, bu il ATU-nun stomatologiya fakültəsinə 97 nəfər azərbaycanlı,  243 nəfər xarici vətəndaş qəbul olub.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı