AZ RU EN
Xəbərlər
07.09.2017
ATU-nun Tədris Terapevtik Klinikasında yanğından mühafizə qaydalarına həsr olunmuş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Yanğından mühafizə qaydalarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədov, direktorun müalicə işləri üzrə müavini Adil Nuriyev, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, klinikanın həkimləri, tibb bacıları və texniki işçilər də iştirakedib.

Tədbirdən öncə FHN əməkdaşları klinikanın direktoru, professor Hüseyn Qabulovla görüşüblər. Görüşdə nazirliklə klinika arasında əməkdaşlıqla bağlı məsələlər də müzakirə edilib. 
Daha sonra FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı Nizami Fərəcov yanğından mühafizə qaydaları ilə bağlı klinikanın həkim və texniki heyətinə məlumatlar verib.

Onun sözlərinə görə, bu gün keçirilən maarifləndirmə tədbiri hər zaman aktual olub: “Çünki, bizim hər birimiz yanğın təhlükəsizliyi qaydalarını bütünlüklə bildiyimizi zənn edirik. Amma baş vermiş yanğınların təhlili göstərir ki, bu, heç də belə deyil. Bu yanğınların cəmi 4-5%-i təbii faktorlarla bağlıdır. Yanğınların baş verməsində əsasən insan amili dayanır. Buna görə də demək olar ki, hər gün respublikamızda orta hesabla 5-6 yanğın hadisəsi baş verir. Yanğınların 70%-i yaşayış sektorunda qeydə alınıb. İkinci yerdə isə nəqliyyat sahəsi dayanır”.

N.Fərəcov yanğından qorunmaq üçün əsas diqqət yetirilməli olan məsələlərə də toxunub: “Elektrik qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması əsas səbəblərdən biridir. Buna görə də qeyri standart elektrik cihazlarından istifadə etmək, elektrik cihazlarını işlək vəziyyətdə nəzarətsiz qoymaq, hətta bizim təhlükəsiz sandığımız telefon adaptrlarından tutmuş, bütün elektrik cihazlarına qədər yanğın törədən amillərdir. Ona görə də evdən bayıra çıxarkən mütləq elektrik cihazları şəbəkədən ayrılmalı və qaz cihazları söndürülməlidir. Bu qaydalara tək evdə deyil, istənilən müəssisədə çalışan hər bir əməkdaş əməl etməlidir. Suda yanğın törədən amildir. Keçən il baş verən 120 yanğın hadisəsinin əsas səbəbi siqaretdən qaynaqlanıb”.

Yanğın söndürən cihazların əhəmiyyətindən danışan N. Fərəcov ondan istifadə qaydasının bütün insanların bilməsinin və hər evdə bu cihazın olmasının vacibliyini vurğulayıb.

Daha sonra FHN əməkdaşları tərəfindən klinika əməkdaşlarına yanğın söndürən cihazdan istifadə qaydası ilə bağlı təlimatlar verilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı