AZ RU EN
Xəbərlər
28.08.2017
Azərbaycan Tibb Universitetində daha bir radikal əməliyyat icra edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəsadlaşmış xərçəng şişinə görə böyük həcmli radikal əməliyyat icra edilib.

Şiş bir sıra orqanlara invaziya edərək vahid bir kütlə formalaşdırıb. Ciddi bitişmələr əmələ gətirən patologiya bütün çanaq boşluğunu doldurub, bağırsaq keçməzliyi, hematuriya, piuriya və intoksikasiyaya səbəb olub.

Beş ay əvvəl paytaxtın başqa bir klinikasında xəstəyə törəmə yerində saxlanmaqla palliativ asılqan trasverzostomiya əməliyyatı icra edilib. Sonrakı mərhələdə çoxsaylı cərrahlar və uroloqlar tərəfindən radikal əməliyyatın icrasından imtina edilib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında doqquz saat davam edən əməliyyat uğurla nəticələnib və hazırda xəstə özünü yaxşı hiss edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı