AZ RU EN
Xəbərlər
24.08.2017
Dünyanın hər yerindən ATU-ya tələbə axını davam edir

Avqustun 20-dən etibarən Azərbaycan Tibb Universitetinə (ATU) xarici vətəndaşların qəbuluna start verilib. Artıq 4 gündür davam edən qəbul prosesindən bəlli olur ki, dünyanın bir çox ölkəsinin vətəndaşları arasında ATU-nun tələbəsi olmaq istəyənlər var. Belə ki, Azərbaycan Tibb Universitetinə müraciət edənlər arasında Rusiya, Türkiyə, Ukrayna, Iran, Nigeriya və digər ölkələrdən olanlar var.

ATU-ya xarici tələbələrin qəbulu prosesinin nizamını tənzimləmək, dəqiqliyini yoxlamaq məqsədilə universitetin rektoru, professor Gəray Gəraybəylinin əmri ilə komissiya yaradılıb. 5 nəfərdən ibarət komissiyanın tərkibinə sədr, ATU-nun ümumi işlər prorektor Natiq Xəlilov, üzvlər, rektor müşaviri Zülfüqar Musabəyov, beynəlxalq əlaqələr üzrə prorektor Nadir Zeynalov, xarici tələbələrlə iş üzrə dekan Tariel İsmayılov, beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Müşfiq Orucov daxildir.

Komissiyanın üzvləri ATU-nun qəbul olmaq istəyən xarici vətəndaşları müsahibədən keçirir, onların bilik səviyyəsini yoxlayır, həmçinin onların sənədlərinin qaydasında olmasına nəzarət edirlər. Xarici tələbələrin sənəd qəbulu sentyabrın 30-dək davam edəcək. Universitetdə dərslər oktyabrın 1-də başlayır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı