AZ RU EN
Xəbərlər
16.08.2017
ATU-nun cərrahı Ümumdünya Cərrahlar Konqresinə qatılıb

Bu günlərdə İsveçrənin Basel şəhərində 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib. Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (İnternational Society of Surgery)təşkilatçılığı ilə baş tutan toplantıda dünyanın müxtəlif ölkələrindən 100-dən çox cərrah qatılıb. 20-dən çox beynəlxalq cərrahiyyə assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi konqresdətibbin bu sahəsinin inkişafına dair müzakirələr təşkil olunub.

Konqresdə Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı Taryel Ömərov da  iştirak edib. Taryel Ömərovun sözlərinə görə, konqresin ilk günü çox məhsuldar keçib: “Toplantıda dünyanın hər yanından hələn alimlər cərrahiyyənin ən son nailiyyətləri ilə bağlı çıxışlar ediblər. Amma  Beynəlxalq Cərrahiyyə Cəmiyyətininprezidenti, professor Marko Pattinin açılış nitqi daha çox yaddaqalan oldu. Konqresin ilk günü həmçinin, müxtəlif kurslar da təşkil edilib”.

T.Ömərov bildirdi ki, Azərbaycan təmsilçisi olaraq ümumdünya miqyaslı bu toplantıda həddən artıq piylənməsi olanxəstələrdə mədəkiçiltmə əməliyyatlarının yeni modifikasiyasının nəticələri haqda çıxış edib: “Bu mövzudabeynəlxalq səviyyədə müzakirələr apardıq.Biz yalnız müxtəlif çeşidli bariatrik əməliyyatlar haqqında yox, həm də bu əməliyyatlarınAzərbaycanda necə uğurlahəyata keçirilməsi haqda da ətraflı məlumat verdik. Çalışdıq ki, dünya cərrahları Azərbaycanda icra olunan bu əməliyyatlar haqqında məlumatlı olsunlar”.

Qeyd edək ki, konresin təşkilatçısı olar Beynəlxalq Cərrahiyyə Cəmiyyəti 1905-ci ildə yaradılıb və ilk sədri Nobel mükafatı laureatı Teodor Koxer olub. Təşkilatın əsas məqsədi cərrahiyyədə mövcud olan problemlərin müzakirəsi, həmçinin əldə olunan nailiyyətlərlə bağlı təcrübə mübadiləsi üçün uğurlu platforma yaratmaqdan ibarətdir. Hər il keçirilən toplantılarda cərrahiyyə sahəsinə dair ümum mövzulara dair fikir mübadiləsi aparılır.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı