AZ RU EN
Xəbərlər
26.07.2017
ATU-nun eimi işlər üzrə prorektoru İslam Dünyası Rektorlar Konfransına qatılıb

ATU-nun eimi işlər üzrə prorektoru Rauf Bəylərov İslam Dünyası Rektorlar Konfransına qatılıb.

ATU-nun eimi işlər üzrə prorektoru Rauf Bəylərov 26-27 iyul 2017-ci il tarıxlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Prezident sarayında keçirilən İslam Dünyası Rektorlar Konfransına qatılmışdır.

R.Bəylərov konfransla bağlı ATU-nun mətbuat xidmətinə məlumat verib.

O bildirib ki, konfransda 30 ölkədən gəlmiş 120-dən çox ali təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər. Konfransı Türkiyənin Ali Təhsil üzrə Nümayəndəliyinin prezidenti Professor Yekta Sarac açılış nitqi ilə başlamışdır. O, iştirakçıları salamlamış, konfransın işinə uğurlar arzulamış, fikirlərini və təəssüratlarını konfrans iştirakçıları ilə bölüşmüşdür. Konfransın keçirilməsində çox böyük əməyi və dəstəyi olanlara, ilk növbədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana öz təşəkkürlərini  bildirmişdir.

Professor Yekta Sarac öz nitqində konfransın əsas məqsədlərindən söz açmışdır. Əvvəlcə Türkiyədə təhsilin inkişafı ilə tarixə nəzər salmışdır.  Təhsilin, elmin inkişafı ilə yanaşı, hələ qədim dövrlərdə digər islam dövlətlərindən olan tələbələrin burada təhsil almalarından, alimlərin burada elmi araşdırmalarda qarşılıqlı əməkdaşlığından söhbət açmışdır.  O, qeyd etmişdir ki, bütün Şərq ölkələrində olan elm mərkəzləri bir-birilərindən xəbərdar olmuşdur ki, bu da elmin  və təhsilin inkişafına səbəb olmuşdur. 

Hal-hazırkı dövrdə də islam dünyasında olan ali təhsil müəssisələrinin bu konfransda iştirakı bir hədəfə dönüşü deməkdir və islam ölkələrində yüksək təhsilli gənclərin hazırlanması, elmi araşdırmaların  aparılması üçün əməkdaşlığın başlanğıcıdır. O qeyd etmişdir ki, universitetlərimiz ortaq maliyyə imkanları sayəsində elmi araşdırmaların genişlənməsinə yardım edəcəkdir.

Ortaq diplom proqramları xüsusi olaraq tibb və mühəndis ixtisasları üçün nəzərdə tutulmuşdur. Ölkələr arasında tələbə dəyişməsinin də çox vacib olduğu vurğulanmışdır. Elmi araşdırmaların əməkdaşlıqda aparılması da konfrans gedişatında önə çəkilmişdır.  Konfranda bir qədər də təhsil proqramları haqqında söhbət açılmışdır. Təhsilin inkişafı üçün artıq Bolonya, yaxud  Erasmus sistemləri deyil, Mevlana proqramı haqqında və bu sistemin faydalarından danışıldmışdır.

Professor Y. Sarac  sonda “elm adına bu gün azadlığa dünənkindən daha ümidlə baxırıq” deyərək nitqini bitirmışdir.

R.Bəylərov bu konfransa islam dünyasında marağın çox böyük olduğunu vurğulayır və gələcəkdə bütün İslam dünyasında elm və təhsildə əməkdaşlığın daha da inkişaf etməsinə ümid edir. Elm və təhsildə olan yenilikləri də məhz bu yolla əldə etməyi mümkün hesab edir. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı