AZ RU EN
Xəbərlər
12.07.2017
Azərbaycan Tibb Universitetini Tibbi profilaktika fakültəsi üzrə əla qiymətlərlə başa vuran məzunlarımız

Cəlallı Nigar Müşfiq qızı

1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 

İbtidai təhsilinə 2000-ci ildə Xətai rayonu 263 saylı orta məktəbdə başlamışdır. Orta məktəbdə oxuduğu müddət ərzində kimya fənni üzrə şəhər və respublika olimpiadalarında iştirak etmiş və yüksək nəticələr əldə etmişdir. 

2011-ci ildə orta məktəbi əla qiymətlərlə başa vuraraq 594 balla Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. Təhsil aldığı müddətdə müxtəlif elmi seminar və konqreslərdə iştirak edib. 

Tibb təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomuna layiq görülmüşdür. Arzusu təhsilini xaricdə davam etdirərək savadlı bir həkim kimi xalqımıza xidmət göstərmək və gələcəyin savadlı həkimlərini yetişdirməkdir.

 

 

 

 

 

 

 

Əliyeva Fəridə

1993-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Azərbaycan Tibb Universitetinə 630 balla qəbul olub. Təhsil aldığı müddətdə seminar, konfranslarda eləcə də TEC0də aktiv iştirak etmiş və müxtəlif mükafatlara layiq görülmüşdür. Ən böyük məqsədi istədiyi bölümdə ən yaxşı həkimlərdən biri olub, ölkəmizi xaricdə tanıtmaqdır.

 

Məmmədəliyeva Aytən Tariel qızı 
1993-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Nizami rayonu 70 saylı pilot lisey məktəbinin 1ci sinfinə daxil olan tələbəmiz 11 il müddətində bacarığı və savadı ilə fərqlənərək 2011-ci ildə məktəbi yüksək qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsinə daxil olub. Oxuduğu 6 il müddətində yüksək göstəriciləri ilə fərqlənən tələbəmiz fərqlənmə diplomuna layiq görülmüşdür. Rezidantura imtahanından uğurla keçərək 162 bal toplayan tələbəmiz savadlı və vicdanlı həkim olmağı qarşısına məqsəd qoyub.

 

 

 

 

 

 

 

 

 

 

 

Sevizadə Aydan Etibar qızı 
1994cü ildə Sumqayıtda ziyalı ailədə anadan olub. 2000ci ildə Sumqayıt şəhəri 30 nömrəli orta məktəbdə 1ci sinfə gedib. 2011ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Məktəb illəri ərzində təlim- tərbiyəsinə, ictimai işlərdə fəaliyyətinə görə dəfələrlə təltifnamələr alıb. 2011ci ildə yüksək balla Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakultəsinə qəbul olub. Tələbəlik illəri ərzində imtahanların uğurla verib, əlaçı olub. Rezidentura imtahanlarında yüksək bal toplayıb.Arzusu gelecekde savadlı, bacarıqlı həkim kimi xalqına xidmət etməkdir.

 

 

 

 

 

 

 

Məmmədova Leyla Allahyar qızı
1994-cü il 24 iyunda Salyan şəhərində anadan olub. Salyan şəhər Ramiz Qafarov adına Marışlı kənd orta məktəbini bitirib. 2011-2017-ci illərdə ATU-da təhsil alıb.

 

 

 

 

 

 

 

Mehtiyeva Vüsalə Elxan qızı.
1993-cü ildə Şirvan şəhərində anadan olub. 2000-ci ildə Bakı şəhərində 297 saylı məktəbə başlamış, 2011-ci ildə 51 saylı məktəbi əla qiymətlərlə başa vuraraq həmin il Azərbaycan Tibb Universiteti Tibbi profilaktika fakultəsinə qəbul olub. 
2011-2017 Tələbəlik illəri boyunca TEC və THİK təşkil etdiyi "5 günlük rezident ol" kimi tədbirlərdə iştirak edərək sertifikat və diploma layiq görülüb, həmçinin 6 il ərzində qrup nümayəndəsi kimi fəaliyyət göstərib. Tibbi biliklərini artırmaq üçün Türkiyə "Gaziosmanpaşa eğitim ve araştırma hastanesi"nde tibbi təcrübə keçib. Məqsədi Almaniyada ixtisaslaşaraq ölkəsinə xidmət etməkdir. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə başa vurub.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Teymurova Səbinə Fərhad qızı 
1994-cu ilde Zərdab rayonunda anadan olub. 2000-ci ildə Zərdab rayon 3 saylı orta məktəbdə I sinfə gedib.
2011 ci ildə məktəbi əla qiymətlərlə bitirərək,elə həmin ildə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika ixtisasına qebul olub.Universitetdə oxuduğu illər ərzində TEC konfranslarında müxtəlif mövzular üzrə elmi işlər hazırlamış və diploma layiq görülmüşdür.2014-cü ildə THİK-nin “5 günlük Rezident ol” layihəsində iştirak etmişdir.Elə həmin il, Türkiyə,İstanbul “Taksim Eğitim və Araşdırma”xəstəxanasında 2 fərqli ixtisas üzrə təcrübə proqramı keçib.

Universitetdə TEMPUS proqramı çərçivəsində təşkil olunmuş MUMEENA(MODERNISING UNDERGRADUATE MEDICAL EDUCATION IN THE EASTERN NEIGHBOURING AREA) seminarlarında iştirak edərək ,müvafiq sertifikatlar almışdır.
Tələbəmiz həm də rezidentura imtahanın I mərhələsində yüksək nəticə göstərərək,fakultə I si olmaqla ferqlenməyi bacarıb.

Tibb sahəsindən əlavə digər sahələrə də maraq göstərən tələbəmiz ABŞ səfirliyi və Sülh Korpusu tərəfindən təşkil olunmuş GLOW(Girls Leading Our World), Almaniya Sparkasse Maliyyə fondu tərəfindən təşkil edilmiş “Maliyyə savadlılığı” və s. bu kimi seminar və düşərgələrdə iştirak edib.

Hazırda universiteti fərqlənmə diplomu ilə bitirir.Məqsədi savadlı kadr kimi yetişib,xalqına xidmət etməkdir.
 
Kazımov Şəmsi Nəsimi oğlu 
17.09.1993 ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 
2011 ci ildə məktəblilər arasında keçirilən olimpiadada biologiya fənni üzrə birinci yerə layiq görülüb və həmən il Qusar şəhər 6 saylı tam orta məktəbi gümüş medalla bitirib.
2011-2017 illər Azərbaycan Tibb Universitetində Tibbi profilaktika fakültəsində təhsil alıb.
Nutrisioloq peşəsinə yiyələnmək istəyir. Tibbdən savayı musiqiyədə çox böyük marağı var.
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı