AZ RU EN
Xəbərlər
12.07.2017
ATU-nun Nabrandakı “Təbib” istirahət mərkəzində açılış oldu

Ölkəmizin elm aləmində xüsusi yeri olan Azərbaycan Tibb Universiteti  yüksək səviyyəli kadrlar yetişdirməklə yanaşı, həm də müəllim heyətinin yaxşı istirahətini təşkil edir. Bu məqsədlə ATU-nun nəzdində “Təbib” istirahət mərkəzi fəaliyyət göstərir.

Nabranda yerləşən “Təbib” istirahət mərkəzi ATU-nun əməkdaşlarınnı hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradlıb. 1994-cü ilin mayında bu  idman-sağlamlıq düşərgəsi Həmkarlar İttifaqı Komitəsinin sərəncamına verilib. Elə həmin vaxtdan etibarən “Təbib” istirahət düşərgəsində əməkdaşların istirahətini daha yaxşı təşkil etmək məqsədilə hər ilin may-iyun aylarında təmir və abadlıq işləri aparılır. Hazırda hər il 800 nəfərə yaxın professor -müəllim heyəti, texniki işçilər və onların ailələri, o cümlədən tələbələr bu mərkəzdə istiraht edə bilir. 2013-cü ildən etibarən “Təbib” istirahət ocağının maliyyələşdirilməsi tam olaraq Həmkarlar İttifaqı Komitəsinin ixtiyarına verilib.

Bu günlərdə mərkəzin nəzdindəki yeməkxanada da təmir işləri başa çatıb. Bu münasibətlə keçirilən açılış mərasimində universitetinin professor-müəllim heyəti iştirak edib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, işçilərin istirahətinin səmərəli və rahat keçməsini təmin etmək məqsədilə buradakı şərait mütəmadi olaraq yaxşılaşdırılacaq: “Bu, hələ başlanğıcdır. İlk olaraq yeməkxananı yenidən qurduq. Kollektivimizin istirahəti onların fəaliyyəti qədər bizlər üçün önəmlidir”.

G.Gəraybəyli bildirib ki, səhiyyə naziri Oktay Şirəliyev də Təbib” istirahət mərkəzində olub və buradakı şəraiti müsəbət qiymətləndirib, vəziyyətin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndirib.

Yay ayları olması ilə əlaqədar, ATU-nun rektoryanı şurasının iyul ayına olan toplantısını  da Nabranda, təbiət qoynunda keçirmək qərara alındı. Beləliklə, “Təbib” istrahət düşərgəsində baş tutan iclas zamanı rektor Gəray Gərabəyli iştirakçılar qarşısında gündəlikdə duran məsələlərlə bağlı məruzə etdi.  Daha sonra 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında dekanların və tədris şöbəsinin hesabatı dinlənildi. Yay semestri üzrə məsul şəxs Mahir Quliyev bu tədris ilindəki son semestrin təşkili haqqında ətraflı məlumat verdi.

ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov isə 2017-ci il tətil dövründə Nabrandakı “Təbib” istirahət düşərgəsində əməkdaşların istirahətinin təşkili haqqında məlumatı səsləndirdi.

Şuranın iclası başa çatdıqdan sonra ATU  əməkdaşlarının istirahətinə də vaxt ayrıldı.

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı