AZ RU EN
Xəbərlər
14.06.2017
ATU nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

İyunun 14-də Azərbaycan Tibb Universitetinin (ATU) nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub.

Media işçilərini yataqxana ilə tanış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımov yeni fəaliyyətə başlayan bu müəssisənin yalnız qızlar üçün nəzərdə tutulduğunu qeyd edib: “Yataqxanaya qeydiyyat iyulun 10-dan başlanılacaq, sentyabrın 11-dən etibarən tələbələrin yerləşdirilməsi nəzərdə tutulur.  5 mərtəbəli yataqxananın 61 otağı var. Onlardan 12-si 1 nəfərlik, 10-u 2 nəfərlik, 31-i 3 nəfərlik, 8-i 4 nəfərlik otaqdır. Ümumilikdə, 157 nəfər tələbə qız yataqxanaya yerləşdiriləcək”.

C. Qasımovun sözlərinə görə, yataqxanada 4 istirahət guşəsi, 2 oxu zalı, 1 məişət otağı, 4 kabinəli hamam və wi-fi sistemi quraşdırılıb. Yataqxananın birinci mərtəbəsində ATU-nun Tələbə Poliklinikası fəaliyyət göstərir: “Poliklinikanın nəzdində stomatoloq, qulaq-burun-boğaz, nevropatoloq, oftalmoloq kimi tibbi sahələri əhatə edən həkimlər xidmət göstərir. Tədris zamanı ehtiyac yaranan zaman tələbələrə burada ilkin tibbi yardım göstərilir. Burada tələbələrin rahat yaşamaları üçün mətbəx, istirahət otağı və camaşırxana da var”.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin ümumən 5 yataqxanası var. Onlardan ikisi qızlar, ikisi oğlanlar, biri isə xarici tələbələr üçün nəzərdə tutulub. Hazırda 984 tələbə yataqxanalarda yaşayır. Yeni tədris ilində yataqxanada 1200 nəfəri yerləşdirmək imkanı var. Bununla da ATU demək olar ki, bütün tələbələrini yataqxana ilə təmin edə bilən yeganə ali müəssisədir.

Bundan əlavə, Tibb Universitetinə praktikaya gələn xarici tələbələr üçün də xüsusi qonaq otaqları ayrılıb. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı