AZ RU EN
Xəbərlər
18.05.2017
ATU-nun tibbi profilaktika fakültəsində yeni növ treyninqlər keçirilir

Aprel ayının ilk həftəsindən başlayaraq, ATU-nun Tibbi profilaktika fakültəsində Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) üsulu ilə treyninqlər aparılır.

ATU-nun tibbi profilaktika fakültəsinin dekanı Anar Ağayev OSPİ üsulunun yenilik olduğunu qeyd edib: “Bu üsulla ilk dəfədir ki, fakültəmizdə imtahan olacaq. Tələbələrdə praktiki bacarıqlar əsasən peşə vərdişlərin formalaşması ilə müşayiət olunur. Tələbələr təhsil müddətində təcrübi bacarıqlara da yiyələnməlidirlər. Nəzəri biliklərin təcrübi bacarıqlara inteqrasiyası tibb sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün müstəsna əhəmiyyət kəsb edir. Məhz bu baxımdan buraxılış kurslarımıza şamil olunan bu treyninqləri tələbələr çox bəyənib, razılıq edirlər”.

Bacarıqların qiymətləndirilməsi üçün ən yaxşı üsullardan biri də son illərdə dünyanın əksər ölkələrində geniş tətbiq edilən, müasir tələblərə cavab verən Obyektiv Strukturlaşdırılmış Praktik İmtahan (OSPİ) adlandırılan imtahan üsuludur. Bu üsul tələbələrin praktik və təcrübi bacarıqlarını eyni sınaqla ədalətli qiymətləndirməyə imkan verir.

Qeyd edək ki, fakültədəki treyninqlər dekan Anar Ağayev və ATU-nun təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri Akif Qurbanovun nəzarəti altında keçirilib.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı