AZ RU EN
Xəbərlər
18.05.2017
Daha bir xəstə Azərbaycan Tibb Universitetində müalicə olunub

Serebral koma ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasına başqa bir xəstəxanadan köçürülmüş pasiyentin anamnestik məlumatlarında Afrika ölkələrinin birində səyahətdə olduğu məlum olub.

Qeyd edək ki, əvvəlki xəstəxanada malyariya ehtimalı inkar olunmasına baxmayaraq müalicə həkimlərinin istəyinə əsasən universitetin klinikasının mərkəzi laboratoriyasında bir daha araşdırılıb. Klinik mikrobiologiya mütəxəssisi Leyla Rəhimli tərəfindən p falciparum-a məxsus görüntü əldə edildikdən sonra, xəstəyə malyariya diaqnozu qoyulub.

Malyariya əleyhinə preparatlarla müalicəyə başladıqdan bir neçə gün sonra pasiyentin vəziyyəti stabilləşib və o 24 gün sonra tam sağlam şəkildə evə buraxılıb.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı