AZ EN
Xəbərlər
15.05.2017
Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirildi

Konfrans iki bölmədən – kliniki və xarici dillər bölmələrindən ibarət olub, müvafiq olaraq ATU-nun stomatoloji klinikasında və xarici dillər kafedrasında keçirildi. Fakültənin dekanı, professor Zöhrab Qarayev kliniki bölmədə əvvəlcə tələbə və gənc həkimlərin 1-ci, 2-ci və 3-cü Beynəlxalq tibb konqreslərində Stomatologiya fakültəsi tələbələrinin uğurlu çıxışlarını vurğulayaraq, bu gün ilk addımlarını atan gələcəyin elmi tədqiqatçılarına müvəffəqiyyət arzuladı və məruzəçilərin hamısını qalib adlandırdı.

Kliniki bölmədə 10 məruzə dinlənildi. Məruzələrin hamısı kliniki xüsusiyyətli olub, stomatologiyanın aktual problemlərinə həsr olunmuşdur. Konfransda terapevtik stomatologiya üzrə - 3, ağız və üz-çənə cərahiyyəsi üzrə - 2, uşaq stomatologiyası üzrə - 3, ortopedik stomatologiya üzrə - 2 məruzə dinlənildi. Məruzəçi tələbələr hazırlıqlı, sərbəst çıxış edərək, kliniki materiallarını əyani surətdə kompüter görüntüləri ilə nümayiş etdirərək, verilən sualları düzgün cavablandırdılar.

Konfransın gedişində professorlar T.Hüseynova və R.Əliyeva, t.e.d. N.Pənahov, t.e.d. A.Paşayev  və dosent Ə.Hacıyev aktiv iştirak edərək öz irad və tövsiyələri ilə məruzəçilərə faydalı məsləhətlər verdilər.

Sonra sədr elmi rəhbərlərə, məruzəçilərə və münsiflər heyətinə minnətdarlığını bildirərək, bölmədə fərqlənən məruzələrin “Tələbə və gənc həkimlərin 4-cü Beynəlxalq Tibb Konqresi”nə təqdim olunacağını vurğuladı.

Konfransa yekun vuran professor Zöhrab Qarayev edilən çıxışlara münasibətini bildirərək məruzəçilərin və elmi rəhbərlərin işini müsbət qiymətləndirdi, sonda tələbələr diplom və sertifikatlarla təltif olundular.

Xarici dillər bölməsi üzrə keçirilən konfransı açan fakültə TEC-in elmi rəhbəri və təşkilat komitəsinin sədr müavini, dosent Ə.Hacıyev məruzəçiləri təbrik edərək onlara çıxışlarında uğur dilədi. Torpaqlarımızın müda­fiəsi zamanı qəhrəmancasına şəhid olan əsgər və zabitlərə həsr edilən çıxışlarla başlayan konfransda 20 məruzə dinlənildi. Onlardan 15 tələbə ingilis, 3 tələbə rus və 3 tələbə alman dilində çıxış etdilər. Tələbələr xarici dildə sərbəst çıxış edərək, kompüter görüntüləri ilə mövzuya uyğun öz fikirlərini auditoriyaya çatdırıraq, suallara düzgün cavab verdilər. Sonda çıxışları ilə fərqlənən tələbələr diplom və sertifikatlarla təltif olundular.

Konfransa yekun vuran dosent Ə.Hacıyev tələbələrin keçən konfranslarda çıxışları ilə müqayisədə onların elmi işə həvəsinin daha da artdığını, bu işin təşkilində kafedra müdiri, professor Z.Məmmədovanın və tələbə elmi dərnəyinin rəhbəri, dosent E.Hüseynovanın zəhmətini xüsusi qiymətləndirdi. O, elmi rəhbərlərə və münsiflər heyətinin üzvlərinə konfransda aktiv iştirakına görə minnətdarlığını bildirdi. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı