AZ RU EN
Xəbərlər
12.05.2017
ATU Həmkarlar İttifaqı Komitəsinin toplantısı keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) toplantısı keçirildi. Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin təlimatı ilə kafedra, yataqxana və klinikalarda nizam-intizam qaydalarının gücləndirilməsi və buna nə dərəcədə riayət olunması məsələləri müzakirə olundu.

Toplantını ATU-nun HİK-nin sədri Cahangir Qasımov açaraq, komitə üzvlərini tədbirin gündəliyi ilə tanış etdi: “İlk olaraq ATU-nun Əczaçılıq fakültəsinin latın dili kafedrasının əməkdaşlarının əmək və nizam-intizamı pozması, daha sonra idman kompleksində işçilərin əmək və intizamın pozması və 1 saylı yataqxananın komendantı haqqında məsələlərə baxılacaq”.

Toplantıda ATU-nun Latın dili kafedrasının müdiri, dosent Bahadur  Hüseynov kafedra işçilərinin nizam-intizam qaydasına riayət etmədiyi üçün inzibati tənbeh edildi.

Daha sonra ATU-nun idman kompleksinin müdiri Nuriyə Sebeşova, kompleksin tibb bacısı Simnarə Mahmudova və təlimatçı Royal Qocayev nizam-intizam qaydalarına riayət etmədikləri üçün komitə tərəfindən töhmət aldılar.

Həmçinin ATU-nun 1 saylı yataqxanasının komendantı Söhrab Əhmədova iş saatı bitmədən işdən getdiyi üçün töhmət verildi. Anbardar Anar İsmayılov isə əmək vəzifəsini kobud pozduğu üçün işdən azad edildi. 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı