AZ RU EN
Xəbərlər
08.05.2017
ATU-da ulu öndər Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli ümummilli lider Heydər Əliyevin gözəl insan və müdrik siyasətçi olduğunu deyib. Rektor bildirib ki, ulu öndərin 94-cü oldönümünü xalqımız təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da qeyd edir: “Müxtəlif şəxsiyyətlərin tarixdəki rolu haqqında hər zaman diskussiyalar aparılır. Kimisi deyir ki, tarixi şəxsiyyətlər formalaşdırır, kimisi isə bunun əksini iddia edir. Lakin yaxın və keçmiş tariximiz onu göstərir ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın formalaşmasında, tərəqqisində, inkişafında və dünya ictimaiyyətində tutduğu yerdə rolu danılmazdır. Özümüzü xoşbəxt saya bilərik, çünki ömrümüzün bir hissəsi Heydər Əliyevin rəhbərliyi dönəmində keçib. Biz Azərbaycanın necə dəyişdiyinin, inkişafının canlı şahidləriyik”.

Ulu öndərin səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü deyən rektor Gəray Gəraybəyli, tibb müəssisələrinin əsaslı təmir edildiyini, yeni səhiyyə ocaqları tikildiyini və müasir avadanlıqlarla təchiz olunduğunu xatırladıb. Rektor həmçinin Heydər Əliyevin ATU-nun həyatında olan rolundan da bəhs edib. Onun sözlərinə görə, ümummilli lider hələ XX əsrin 70-80-ci illərində ilk dəfə respublikaya rəhbərlik etdiyi dövrdə Tibb İnstitutuna xüsusi diqqətlə yanaşıb. Ulu öndərin qayğısı nəticəsində ATU-da zəngin maddi-texniki baza yaradılıb, tədris korpusu, tələbə yataqxanası, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, elmi-tədqiqat laboratoriyaları müasir cihazlar və avadanlıqla təchiz edilib.

ATU-nun İctimai Fənnlər kafedrasının professoru Fəxrəddin Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin həm fəlsəfədə, həm də tarixdə uzun diskussiyalara səbəb olan bir alim olduğunu bildirib: “Bəşər tarixində şəxsiyyətlərin böyük rolu olub. Onlar bəşər tarixinə öz imzalarını atıblar. Azərbaycanda da belə şəxsiyyətlər var. Ulu öndər Heydər Əliyev də bəşər tarixinin ən böyük alimlərindən biri olub. O, birinci dəfə hakimiyyətə 60-cı illərin sonunda gəldi. O zaman respublikada vəziyyət ürəkaçan deyildi. Heydər Əliyev qısa müddət ərzində respublika iqtisadiyyatını, mədəniyyətini kifayət qədər yüksəyə qaldırdı”.

ATU-nun tərbiyə işləri üzrə prorektoru Rafiq Məmmədhəsənov ümummilli lider Heydər Əliyevin həyat yoluna nəzər salaraq, onun dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Professor R. Məmmədhəsənov, Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycan xalqının tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıtdığını vurğulayaraq qeyd edib ki, ümummilli liderin rəhbərliyi altında qısa müddət ərzində ölkədə ordu və dövlət quruculuğu, ölkədaxili sabitlik və təhlükəsizlik təmin edilib. Onun rəhbərliyi ilə Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirilib, yeni neft-qaz strategiyasının və uzunmüddətli iqtisadi inkişafın əsasının qoyulması kimi iri miqyaslı tədbirlər həyata keçirilib. 
Tədbir qeyd olunub ki, Azərbaycanın müasir inkişafı dahi lider Heydər Əliyevin adı ilə bağlıdır.
Tədbirdə daha sonra ATU-nun daxili xəstəliklər kafedrasının dosenti Nağdəli Zamanov və ATU-nun stomatologiya fakültəsinin xarici tələbəsi çıxış edərək, ulu öndər haqqında öz düşüncələrini bölüşüblər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı