AZ RU EN
Xəbərlər
19.04.2017
Qadınların təhsilli olması daha vacibdir

Tibb Universitetində qadınların müasir cəmiyyətdə roluna həsr edilmiş tədbir keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün və gələcəyimizin dayağıdır” mövzusunda tədbir keçirilib. Bu tədbir YAP Qadınlar Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tələbələrlə görüşü çərçivəsində baş tutub. Bu, silsilə görüşlərdən növbətisi olub. 

Tədbirin açılışında ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev Aazərbaycanda həm ictimai həyatda, həm də ailədə qadına verilən yüksək qiymət haqqında söz açdı: “Azərbaycan qadınları dövlətin idarə edilməsi də daxil olmaqla, bütün sahələrdə aktiv fəaliyyət göstərirlər. Hər bir ailənin intizamlı-nizamlı həyatında, ümumilikdə cəmiyyətin inkişafında qadınların müstəsna yeri var. Bizim ölkəmizdə fəaliyyət göstərən oftalmoloq alimlər arasında xüsusi yeri olan görkəmli elm xadimi, ilk qadın Zərifə Əliyeva bu sahə üzrə ilk qadın akademik olub. Tanınmış oftalmoloq -alim Zərifə xanım Əliyeva yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Olduqca gözəl mədəniyyətə malik olan görkəmli alim tibb sahəsində böyük xidmətlər göstərib, monumental əsərlər sahib olub”.

S.Əliyev xatırladıb ki, məhz uümummilli lider Heydər Əlyevin təşəbbüsü və göstərişi ilə Azərbaycnda ilk dəfə Ailə, adın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycanda bütün dövrlərdə çox savadlı , fədəkar qadınlar çalışıb və indi də çalışmaqdadır.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında qadınları nəslimizin bugünü, keçmişi və gələcəyi adlandırdı: “Qadınlar haqqında nə qədər danışsaq da, yetməz. Qadın üçün anadan uca bir ad yoxdur. Bu gün Azərbaycan gəncliyi də qadınlara verilən dəyəri anlamalıdır. Digər tərəfdənsiniz, əsas vəzifəniz tibbi biliklərə yetırincə yaxşı yiyələnmək, gələcəkdə peşəkar həkim, savadlı bir insan olmaqdır”. Millət vəkili qeyd etdi ki, tələbələr Azərbaycanı və millətimizi bütün dünyada layiqincə təmsil və təbliğ etməlidirlər.

Millət vəkili Qənirə Paşayeva Tibb Universitetinin məzunu kimi tələbələrə özünün təhsil illəri haqqında xatirələrindən danışdı: “Mən də bu universitetin tələbəsi olmuşam. Mən oxuduğum illərdə ATU bu vəziyyətdə deyildi, heç mənim ailəm də sizin ailələriniz kimi deyildi. İndiki nəsil isə bu baxımdan çox şanslıdır”. Q.Paşayeva vurğuladı ki, indiki nəsil müstəqil Azərbaycanın, onun bütövlüyü üçün var gücüylə çalışmaldır: “Yoxsa, nə tarix, nə də gələcək nəsil sizi bağışlamayacaq. Digər tərəfdən, ən güclü vətənpərvər özünü təhsilə verən şəxsdir. Bu gün vətən üçün edə biləcəyiniz ən vacib əməl - yaxşı oxumaqdır”.

Q.Paşayeva vurğuladı ki, indiki nəsil müstəqil Azərbaycan üçün, onun bütövlüyü üçün var gücüylə çalışmalıdır: “Yoxsa, nə tarix, nə də gələcək nəsil sizi bağışlamayacaq. Digər tərəfdən, ən güclü vətənpərvər özünü təhsilə verən şəxsdir. Bu gün vətən üçün edə biləcəyiniz ən vacib əməl - yaxşı oxumaqdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender şöbəsinin baş məsləhətçisi Sevinc Əlizadə müstəqillik qazandığımız ilk illərdə ictimai həyatda qadınlara qarşı münasibətin birmənalı olmadığını bildirdi. Bu gün Aərbaycan qadınının daha güclü və mübariz olduğunu söyləyən S.Əlizadə gənclər üçün təhsilin əsas amil olduğunu bildirdi: “Qadın üçün təhsil daha vacibdir. Çünki qadın, heç kimə inanmadan öz ayaqları üstündə dayanmağı bacarmalıdır. Sabah qadın həyatda tək qalsa, o, özünü və övladlarını ayaqda saxlamağı bacarmalıdır”. Aprel döyüşlərində şəhid olmuş polkovnik Raquf Orucovun həyat yoldaşı olan Sevinc Əlizadə hər kəsə daha mübariz olmağı tövsiyə etdi.

Tədbirin davamında ATU-nun əczaçılığın texnalogiyası və idarəçəliyi kafedrasının baş müəllimi Aidə Bəndəliyeva iştirakçılarla mövzu haqqında fikirlərini bölüşdü. Toplantıda Azərbaycan qadınlarının idarəetmədə, siyasi və ictimai həyatındakı rollarından, onların aktiv fəlaiyyətindən, bu sahələrdə mövcud olan problemlərdən söz açıldı.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı