AZ RU EN WEBMAIL
Xəbərlər
19.03.2019
ATU-da təntənəli Noruz şənliyi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) təntənəli Novruz şənliyi keçirilib. Tədbir ATU rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunub.

Novruz şənliyini ATU-nun rektoru, professor Gəray Gəraybəyli açaraq, bu tarixi bayramın ölkə üçün əhəmiyyətindən danışıb.

Daha ətraflı...
19.03.2019
ATU-nun Tədris Cərrahiyyə Klinikası YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə xeyriyyə aksiyası keçirib

Sağlamlıq imkanları məhdud uşaqların müayinəsi aparılıb.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurası ilə birgə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib. 

Daha ətraflı...
18.03.2019
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 84 yaşlı kişinin gözündə uğurlu əməliyyat aparılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 84 yaşlı kişinin gözündə cərrahiyyə əməliyyatı aparılıb. Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun sözlərinə görə, xəstə klinikaya sol gözündəki problemlərlə bağlı müraciət edib: "Xəstə sol gözündə qapaq altında şişkin törəmənin əmələ gəlməsi və alt göz qapağının içəriyə doğru çevrilməsindən şikayət edirdi. MRT müayinəsi, USM və biomikroskopiya müayinələrindən sonra xəstəyə cərrahi əməliyyat qərarı alındı. Əməliyyat zamanı xəstəyə radikal rezeksiya edərək, qığırdağı törəmə ilə birlikdə kəsib götürdük. Qapaq plastika olunub, deffektsiz, gözəl nəticə əldə etmişik. Əməliyyat radikal, mikroskopik icra edildiyinə görə, o nahiyədə yenidən nəsə əmələ gəlməsi mümkün deyil".

Daha ətraflı...
18.03.2019
İctimai səhiyyə fakültəsinin rəhbərliyi tələbələrlə birgə Novruz şənliyi keçirib

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin rəhbərliyi bir qrup tələbələri ilə birgə Novruz şənliyi keçirib. Bayram tədbirində fakültə dekanı, professor Anar Ağayev çıxış edərək, bunun bir ilk olduğunu bildirdi. Bundan sonra belə tədbirlərin davamlı olacağını qeyd etdi: "Artıq sizin fakültə ilə sıx əməkdaşlığınızı, aktiv iştirakınızı bütün tədbirlərdə gözləyirik. Biz də fakültə olaraq, sizlərlə belə səmimi görüşlər keçirməkdən daim məmnunluq duyuruq. Sizi və ailə üzvlərinizi qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm".

Daha ətraflı...
17.03.2019
Tədris Cərrahiyyə Klinikasının həkimləri Mingəçevirdə keçirilən konfransda iştirak ediblər

16-17 mart 2019 tarixində respublikamızda regionlarda tibbin inkişafı üçün Mingəçevir şəhərində “Dölün prenatal və postnatal xromosom patologiyalarına müasir yanaşma” adlı konfrans keçirilib.

Daha ətraflı...
16.03.2019
ATU “DOST xonçası” kampaniyasının növbəti iştirakçısı oldu

Bayramlar gözəldir. Onları daha da özəl edən bayramlaşmaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı “DOST xonçası” kampaniyasının növbəti estafetini Azərbaycan Tibb Universiteti olaraq məmnuniyyətlə təhvil alıb paytaxtımızın sakini Mirzəyeva Rəbiyyə xanımı ziyarət etdik. Ona kollektivimizin ən xoş arzu və diləklərini çatdırdıq.

Daha ətraflı...
16.03.2019
Rektor Gəray Gəraybəyli imtahan ekspertləri ilə görüşüb

İmtahanlarla bağlı yeniliklər müzakirə olunub

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli imtahan ekspertləri ilə görüşüb. Rektor ATU-nun imtahan prosesində aparılan islahatlar, yeniliklər və diqqət göstərilməli məqamlardan söz açıb.

Daha ətraflı...
16.03.2019
ATU-nun Tədris Cərrahiyyə Klinikasında dörd mərhələli müalicə aparılıb

Dünyada, eləcə də Azərbaycanda ayaq xəstəlikləri arasında əyripəncəliliyə rast gəlinir. Bəzən düzdabanlılıq adlandırılan bu xəstəlik insanda uşaq yaşlarından yaranmağa başlayır və müalicə olunmadığı təqdirdə ayaq deformasiyalarına qədər gəlib çıxa bilir. Ona görə də bu müalicə mümkün qədər tez aparılmalıdır.

Daha ətraflı...
16.03.2019
ATU-da ağırlaşmış varikozdan uğurlu əməliyyat

Məhəmməd Kərimov: “Əsas məsələ düzgün diaqnozun qoyulmasıdır”

Qadınlarda varikoz xəstəliyi - ayaqların şişməsi, damarların üzə çıxması tez-tez rast gəlinən hallardır. Bu xəstəlik xüsusilə gecələr qadınlara ciddi problem yaradır. Halbuki, əməliyyat yolu ilə rahat həyata geri dönmək olar. Bunun üçün sadəcə düzgün diaqnoz qoymaq lazımdır. 

Daha ətraflı...
15.03.2019
ATU-nun Tədris Terapevtik Klinikasında “Müasir Nefrologiyanın aktual problemləri” elmi-praktik konfransı keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Böyrək Gününə həsr olunmuş “Müasir Nefrologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı