Axtarış:
Dekanlıq > Müalicə profilaktika I fakültəsi
     Ünvan: AZ0022, Bakıxanov küç., 23 Telefon: (994-12) 495-43-64
     Dekan - dosent Şixəmmədov Nurməmməd Əhməd oğlu.
     Professor - müəllim heyəti: 1 akademik, 2 Rusiya TEA-nın həqiqi üzvü, 35 tibb elmləri doktoru, 146 elmlər namizədi, 31 professor, 82 dosent, 18 baş müəllim, 166 assistent. Təhsil alanlar: 1824 tələbə, 15 aspirant, 12 klinik ordinator, 16 dissertant.
     Fakültənin tələbələri başladığı kurslarda təbabətin əsası olan fundamental elmləri öyrənməklə yanaşı xəstələrə qulluq üzrə ilk praktik vərdişlər əldə edir, şəhər xəstəxana və poliklinikalarda istehsalat təcrübəsi keçirlər. Yuxarı kurslarda isə müxtəlif klinikalarda olur, müasir diaqnostika və müalicə üsullarına yiyələnirlər.
     I MPF-nin kafedralarında müxtəlif ixtisaslar üzrə müasir təbabətin ən aktual sahələrinə aid elmi-tədqiqat işləri aparılır, onların təcrübi təbabətdə tətbiqinə çalışılır.
     Fakültənin tədris bazaları: Bakı şəhərinin klinik xəstəxanaları, poliklinika və dispanserləri, müasir diaqnostika və müalicə aparatları ilə təchiz edilmiş Ağ ciyər xəstəlikləri, Elmi-tədqiqat Pediatriya, Epidemiologiya və Mikrobiologiya, Kardiologiya institutları, Respublika Məhkəmə-Tibbi Ekspertiza bürosu.
     Fakültədə cərrah, terapevt, mama-ginekologiya, nevrologiya, kardioloq, rentgenoloq və təbabətin başqa dar ixtisasları üzrə mütəxəssislər hazırlanır. Fakültənin məzunlarının xoş soraqları ABŞ, Kanada, Almaniya, Fransa, Türkiyə, Avstraliya və s. ölkələrdən gəlir.
Azərbaycan Tibb Universiteti © 2005 - 2007
Bütün Hüquqlar Qorunur.
  |     |     
Designed by ArtPromo.ws