AZ RU EN WEBMAIL
Tibbdə bu gün
12.05.2017
12 may - Beynəlxalq Tibb Bacıları Günüdür

Tibb bacıları günü Florens Naytinqeylin şərəfinə təsis olunub.

Daha ətraflı...
08.05.2017
8 may - Beynəlxalq Talassemiya Günüdür

8 may bütün dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir.

Daha ətraflı...
05.05.2017
5 may - Beynəlxalq Həkim-Mama Günüdür

Uşaqlar bizim gələcəyimizdir. Hər bir yeni həyatın yaranmasında tibb işçilərinin böyük əməyi var. Burada həkim-mamaların rolunu xüsusi qeyd etmək lazımdır. Uşağın dünyaya gəlməsi ilə yanaşı, ana və körpənin doğuşdan sonrakı sağlamlığı da həkim-mamaların təcrübə və professionallığından asılıdır.

Daha ətraflı...
02.05.2017
2 may - Beynəlxalq Astma Günüdür

Hər il may ayının ilk həftəsinin ikinci günü Beynəlxalq Astma Günü kimi qeyd olunur. Bu il Beynəlxalq astma günü mayın 2-nə təsadüf edir və hər il olduğu kimi dünyanın 80-dən çox ölkəsində bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində, əhalinin maarifləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir. Günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirməkdir.

Daha ətraflı...
25.04.2017
25 aprel- Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir.

Daha ətraflı...
17.04.2017
17 aprel - Ümumdünya Hemofiliya Günüdür

Dünya Səhiyyə Təşkilatının və Dünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə aprelin 17-si “Ümumdünya Hemofiliya Günü” elan edilib. Bu günün təsis edilməsinin və qeyd olunmasının məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkən insanların hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatını artırmaqdır.

Daha ətraflı...
11.04.2017
11 aprel - Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür

Aprelin 11-də - Parkinson xəstəliyinin ilk tədqiqatçısı, ingilis alimi Ceyms Parkinsonun doğum günündə Ümumdünya Parkinson Xəstəliyinə qarşı Mübarizə günü qeyd edilir. Parkinson xəstəliyi mərkəzi sinir sisteminin xroniki şiddətlənən xəstəliyidir. O, ilk dəfə XIX əsrin əvvəlində ingilis həkimi C.Parkinson tərəfindən “titrəyən iflic” kimi təsvir edilib.

Daha ətraflı...
07.04.2017
7 aprel – Ümumdünya Sağlamlıq Günüdür

1950-ci ildən başlayaraq hər il aprelin 7-si Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir. Hər il həmin günün mövzusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) üçün prioritet sayılan müəyyən bir problemi diqqət mərkəzinə gətirir.

Daha ətraflı...
06.04.2017
6 aprel - Dünya Fiziki Fəallıq Günüdür

2002-ci ildən başlayaraq hər il aprelin 6-sı bütün dünyada “Hər gün otuz dəqiqə fiziki fəallıq!” devizi altında Dünya Fiziki Fəallıq Günü qeyd edilir.

Daha ətraflı...
02.04.2017
2 aprel - Dünya Autizm Məlumatlandırma Günüdür

Autizm bütün dünyada olduğu kimi ölkəmizdə də XXI əsrin ən qlobal problemlərindən hesab edilir. Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxmini 1 faizi yəni 70 milyon əhali autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklərdən biri də autizmdir. Məlum olduğu kimi, bu xəstəliyin müalicəsi yoxdur. Autizmdən əziyyət çəkən uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz 3 yaşında qoyulur. Lakin valideyn uşaqda olan dəyişikliyi daha tez hiss etməlidir.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı