AZ RU EN WEBMAIL
Tibbdə bu gün
26.03.2018
26 Mart - Ümumdünya Epilepsiya xəstələri Günüdür

Epilepsiya dünyada ən çox yayılmış nevroloji xəstəliklərdəndir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il Yer üzündə 2,5 milyon nəfərdə epilepsiya ilə yeni xəstələnmə faktı aşkar edilir.

Daha ətraflı...
24.03.2018
24 Mart - Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Ümumdünya Vərəmlə Mübarizə Günü hər il martın 24-də Dünya Səhiyyə Təşkilatının qərarı ilə qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb. 1982-ci ildə Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöpləri aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Daha ətraflı...
21.03.2018
21 Mart - Beynəlxalq Daun Sindromu Günüdür

2006-cı ildən Daun Sindromlu Şəxslərin Ümumdünya Assosiasiyasının təşəbbüsü ilə qeyd olunur. Daun sindromu xəstəlik deyil. Daun adı ilk dəfə 1866-cı ildə bu sindromun əsas fiziki xüsusiyyətlərini qeyd edən həkim - Con Lenqdon Daunun şərəfinə adlandırılıb. Bu sindromun əsas səbəbi insanda normal 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır. Yəni hər bir hüceyrədə 46, ya da 20 cütlük var. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir.

Daha ətraflı...
16.03.2018
16 Mart - Ümumdünya Yuxu Günüdür

Ümumdünya Yuxu Günü ilk dəfə 2008-ci ilin martında qeyd edilib. Həmin vaxtdan Dünya Səhiyyə Təşkilatının qərarı ilə sağlamlıq və yuxu problemləri çərçivəsində hər il martın üçüncü cümə axşamı Ümumdünya Yuxu Günü kimi qeyd edilir.

Hesablamalara görə həyatımızın təxminən üçdəbiri yuxuda keçir və bu, orta hesabla ən azı iki on illik deməkdir. Yuxu zamanı bədən tamamilə hərəkətsiz olsa da, beyin işləməkdə davam edir. O, ötən gün ərzində alınan müxtəlif informasiyaları, necə deyərlər, yerbəyer edir, lazım olmayanı unudur.

Yuxu orqanizmin xüsusi vəziyyətidir. Yuxu zamanı gün ərzində orqanizmin itirdiyi enerji bərpa olunur və əsəb sistemi nizama düşür, gümrahlıq hissi yaranır. Məhz onun sayəsində növbəti gün üçün toparlanmaq mümkündür. Ümumdünya Yuxu Günündə televiziya ilə sosialyönümlü reklam çarxları nümayiş olunur, müxtəlif konfrans və simpoziumlar təşkil edilir, yuxunun müxtəlif problemlərinə və onun pozulması, eləcə də orqanizmə təsiri ilə əlaqədar tədbirlər keçirilir.

Yatmazdan qabaq bir neçə sadə qaydaya əməl etmək lazımdır. Yuxudan əvvəl alkoqolu və tərkibində kofein olan məhsulları qəbul etmək əsəb sisteminə mənfi təsir göstərir. Axşam yeməyindən sonra yatana qədər 4 saata qədər vaxt keçməsi məsləhət görülür.

Həkimlər pis yuxunu gələcəkdə insult, infarkt, hipertoniya və digər ciddi xəstəliklərə doğru addım hesab edirlər. Eyni zamanda, normal yuxu ürək-damar və bir çox başqa xəstəliklərin, həmçinin piylənmənin profilaktikası üçün təsirli vasitələrdən biridir. Mütəxəssislər iddia edirlər ki, doyunca yatmamaq nəinki işgüzarlıq keyfiyyətini aşağı salır, həm də əsəb gərginliyinə aparıb çıxarır.

Ancaq çox yatmaq heç də az yatmaqdan az zərərli deyil. Alimlərin fikrincə, normal yuxu müddəti gündə 7-8 saat təşkil etməlidir.

Daha ətraflı...
08.03.2018
8 mart - Ümumdünya Böyrək Günüdür

Hər il qeyd edilən Ümumdünya Böyrək Gününün tarixi 2006-cı ilin martından başlayıb və həmin ayın ikinci cümə axşamı qeyd edilir. Əslində bu, böyrəklərin əhəmiyyəti haqqında qlobal informasiya və maarifçilik kampaniyasıdır. Onun keçirilməsi Beynəlxalq Nefroloqlar Cəmiyyəti və Beynəlxalq Böyrəklər Fondu Federasiyasının birgə səylərinin nəticəsində mümkün olub.

Daha ətraflı...
06.03.2018
6 Mart-Ümumdünya Qlaukoma ilə Mübarizə Günüdür

Qlaukoma ən geniş yayılmış və təhlükəli oftalmoloji xəstəliklərindən biridir və təəssüf ki, praktik olaraq heç kəs ondan sığortalanmayıb. Beynəlxalq miqyasda Qlaukomayla Mübarizə Günü 2008-ci ildən Ümumdünya Qlaukoma Cəmiyyətləri və Ümumdünya Qlaukomalı Xəstələr Assosiasiyalarının təşəbbüsü ilə keçirilir.

Daha ətraflı...
03.03.2018
3 Mart-Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

Bizi müxtəlif və rəngarəng səslərlə dolu dünya əhatə edir. Onların arasında həzz gətirəni, sakitlik bəxş edəni də var, sevinc hissi oyadanı, həyəcan yaradanı da.... Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir.

Daha ətraflı...
01.03.2018
1 Mart-Ümumdünya İmmunitet Günüdür

Hər il martın 1-i Ümumdünya İmmunitet Günü qeyd edilməsi həmin problemlərə insanların diqqətini cəlb etmək məqsədi güdür. 2002-ci ildə Dünya Səhiyyə Təşkilatı həmin günün qeyd edilməsi təşəbbüsü ilə çıxış edib.

Daha ətraflı...
09.02.2018
9 Fevral-Beynəlxalq Stomatoloq Günüdür

Hər il fevral 9-da stomatoloqların və diş həkimlərinin peşəkar bayramı – Beynəlxalq Stomatoloq Günü qeyd olunur. Bu tarix təsadüfən seçilməyib. Həmin gün katolik kilsəsinin xristian şəhidi isgəndəriyyəli Apolloniya anılır. Xristianlıqdan dönməsi üçün Apolloniyaya dəhşətli işgəncələr verilib. İşgəncələrin xarakterinə görə Müqəddəs Apolloniyanın atributları dişlər və ya kəlbətin olub. Müqəddəs qadın bütün işgəncələrə davam gətirib, onu tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alovun içinə addımlayıb. Bu hadisə 249-cu il fevralın 9-da baş verib. 
O vaxtdan belə bir inanc yaranıb: “Santa Apollonia!” deyən kimi, diş ağrısı keçir.

Daha ətraflı...
28.01.2018
28 yanvar-Ümumdünya Cüzam Günüdür

Hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzam Xəstələrinə Yardım Günü kimi qeyd edilir. Həmin gün bütün həyatını bu qorxunc xəstəliklə mübarizəyə həsr etmiş fransız yazıçısı və jurnalisti Raul Folleronun uzun illər göstərdiyi səylər nəticəsində 1953-cü ildə təsis edilib. Bu günün qeyd olunmasında məqsəd problemə yalnız tibb işçilərinin deyil, həm də geniş ictimaiyyətin, inzibati idarəetmə oqanlarının, ictimai təşkilatların, işgüzar dairələrin, xeyriyyəçiliklə məşğul olan fondların, dini icmaların və ayrı-ayrı şəxslərin diqqətini cəlb etməkdir.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı