AZ RU EN WEBMAIL
Tibbdə bu gün
08.09.2018
08 Sentyabr - Ümumdünya İlk Tibbi Yardım Günüdür

2000-ci ildən etibarən hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü (World First Aid Day) kimi qeyd olunur. Bu tarix Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə təsis edilib. Günün əsas məqsədi bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər mülki şəxslərin necə yardım göstərməsini öyrətməkdir. Bu sahədə professional yardım əlbəttə ki, həkimlərin işidir, lakin polislər və xilas edənlərin də düzgün ilkin yardım göstərə bilməsi vacibdir. Belə ki, bəzi hallarda insan həyatını xilas etmək üçün zaman əsas rol oynayır.

Daha ətraflı...
08.08.2018
8 avqust - Beynəlxalq Oftalmologiya Günüdür

8 avqust – Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günüdür. Oftalmoloqlar öz peşə bayramlarını ilk dəfə 2004-cü il avqustun 8-də qeyd ediblər. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük rus oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.

Daha ətraflı...
28.07.2018
28 iyul - Beynəlxalq Hepatitlə Mübarizə Günüdür

2010-cü ildə Ümumdünya Səhiyyə Assambleyası hepatit viruslarının qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşmasını dəstəkləyən WHA63.18 saylı Qərar qəbul etmiş və 28 iyul tarixini Beynəlxalq Hepatitlə Mübarizə Günü elan etmişdir. Həmin gün hepatit barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı profilaktik tədbirlərin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.

Daha ətraflı...
17.06.2018
17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günüdür

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Daha ətraflı...
14.06.2018
14 İyun – Ümumdünya Qan Donoru Günüdür

Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasında 2005-ci ilin mayında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. Bəyanatda hər il 14 iyun tarixinin Ümumdünya Qan Donoru Günü kimi qeyd olunması qərara alınıb. Bu günün keçirilməsində əsas məqsəd könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zərurətin vurğulanması, bununla da bütün dünyada könüllü donorluq ənənəsinin genişləndirilməsidir. Ümumdünya Qan Donoru Gününün 2016-cı ildəki şüarı da buna sübutdur: “Qan bizim hamımızı birləşdirir!”.

Daha ətraflı...
13.06.2018
13 İyun - Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür (International Albinism Awareness Day). Bu tarix 2014-cü il dekabrın 18-də BMT-nin Baş Assambleyası tərəfindən təsis olunub.

Daha ətraflı...
31.05.2018
31 May – Ümumdünya Tütünsüz Günüdür

Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur.

Dünya Səhiyyə Təşkilatının (DST) təşəbüssü ilə 1988-ci ildən keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insanın vəfat etdiyi nəzərə çatdırılır və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.

Daha ətraflı...
29.05.2018
29 May - Ümumdünya Sağlam Qidalanma Günüdür

Mayın 29-u Ümumdünya Sağlam Qidalanma Günüdür. Bu gün Dünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün sağlam həzm günü elan edilməsi qərara alınıb.

Daha ətraflı...
25.05.2018
25 May - Dünya Qalxanabənzər Vəzi Günüdür

Bütün dünyada 2009-cu ildən mayın 25-i Dünya Qalxanabənzər Vəzi Günü (World Thyroid Day) kimi qeyd edilir. Günün təsis olunma təşəbbüsü qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tiroid Assosiasiyası (European Thyroid Association) tərəfindən irəli sürülüb. Azərbaycanda isə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd olunmağa başlayıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzinin problemlərinə cəlb etməkdir.

Daha ətraflı...
20.05.2018
20 May - QİCS Qurbanlarının Dünya Xatirə Günüdür

Hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır. Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.

Daha ətraflı...
FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı