AZ RU EN
Tibbdə bu gün
14.11.2016
14 noyabr - Ümumdünya Diabet Günüdür...

14 noyabr - Ümumdünya Diabet Gününün təsis olunması həkim Frederik Bantiçin adı ilə bağlıdır. O, 1921-ci ilin oktyabrında öz tələbəsi Çarlz Bestlə birlikdə ilk dəfə şəkərli diabet xəstəliyinin müalicəsi üçün insulin preparatını kəşf etmişdir. 14 noyabr bu böyük alimin doğum günüdür. Məhz onun şərəfinə Beynəlxalq Diabet Federasiyasının (İDF) və Ümumdünya Səhiyyə Təşkilatının (WNO) qərarına əsasən 14 noyabr 1991-ci ildən etibarən Ümumdünya Diabet Günü kimi qeyd olunur.

Hazırda dünyada 194 milyon nəfər şəkərli diabetli xəstə var. Hər on ildə bu say 2 dəfə artır. 2005-ci ilədək Azərbaycanda 60000 nəfərə yaxın şəkərli diabetli xəstə rəsmi olaraq qeydə alınıb. Bir o qədər də insanın qeydiyyatda olmaması güman edilir. Şəkərli diabet təkcə tibbi problem deyil, o həmçinin sosial, iqtisadi, psixoloji və hüquqi problemlərin də meydana çıxmasına səbəb olur.

 

 

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün nümunəvi test bankı