AZ RU EN
Tibbdə bu gün
17.11.2016
17 noyabr - Vaxtından əvvəl Doğulan Körpələrin Beynəlxalq Günüdür..

Vaxtından qabaq doğulmuş uşaqlar üçün 4 dərəcə mövcuddur:

1-ci dərəcə. Uşaq 35-37 həftədə doğulub, onun çəkisi 2001-2500 qr arasıdır.

2-ci dərəcə. 32-34 həftə, uşağın çəkisi - 1501-2000 qr.

3-cü dərəcə. 29-31 həftə, çəki - 1001-1500 qr.

4-cü dərəcə. Hamiləliyin müddəti 22-29 həftədən az olan, çəkisi 1 kq-dan az.

1-2 dərəcələr daha yüngül, 3-cü dərəcə orta, 4-cü dərəcə ağır sayılır.

 

Əsas problem vaxtından qabaq doğulmuş uşaqda əsas sistemlərin (nəfəsalma, ürək-damar, həzm və s. sistemləri) natamam inkişafıdır. Sadə dildə desək, vaxtından qabaq doğulmuş uşaq ana bətnindən "tam yetişməmiş" vəziyyətdə çıxır və məhz bu müxtəlif problemlərə səbəb olur.

 

Bu qrup uşaqlar üçün ana südü ilə qidalandırma olduqca vacibdir.

Vaxtından qabaq doğulmuş uşaqların immun sistemi də yetkin olmur. Bu səbəbdən belə uşaqlar müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. Burada da uşağa müxtəlif immun faktorları ilə zəngin olan ana südü əvəzsiz kömək edə bilər.

Bu qrup uşaqlarda qara ciyər də natamam inkişaf etmiş olur və bu səbəbdən fizioloji sarılıq onlarda daha uzun müddət ərzində müşahidə olunur. Bu halda uşağa xüsusi müalicə təyin oluna bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı