AZ RU EN WEBMAIL
Tibbdə bu gün
21.03.2020
21 Mart - Beynəlxalq Daun Sindromu Günüdür

Daun sindromu ilə əlaqədar təqvim günu ilk dəfə 2006-cı ildə Cenevrə universitetində yunan genetiki Stilianos Antonarakisin təklifi ilə qeyd edilib. Palmada de Mayorkada keçirilən Daun sindromu üzrə VI Beynəlxalq Simpoziumda Avropa və Ümumdünya assosiasiyaların təşəbbüsü ilə martın 21-i Beynəlxalq Daun Sindromu Günü elan olunub.

 

Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də Daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur.

 

Martın 21-nin seçilməsi heç də təsadüfi deyil, bu, xromosomlardan birinin üçləşməsi nəticəsində yaranan Daun sindromunun rəmzi əlamətidir. Sindromdan əziyyət çəkənlərdə 21-ci xromosomun üç surəti mövcuddur. Həmin gün təqvimdə öz əksini üçüncü ayın 21-ci günü kimi tapıb.

 

Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən yuxarı olan qadınlarda körpələrin həmin sindromla doğulma ehtimalı 10 dəfə, yaşı 40-dan yuxarı olanlarda isə 25 dəfə artıqdır.

 

Günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini həmin problemə yönəltmək, maarifləndirmə tədbirlərinin aparılmasına şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları həmin problemə diqqət ayrılması üçün bir sıra tədbirlər görürlər.

 

Daun sindromlu uşaqların zehni inkişafına erkən dövrdən başlamaq və 4-5 yaşına qədər çox ciddi yanaşmaq lazımdır. Onların sevgi, diqqət və fəal ünsiyyətə böyük ehtiyacı var, çünki digər uşaqlarla müqayisədə onlar valideynlərinə daha çox bağlı olurlar. Bunun başlıca səbəbi həmin uşaqların dostluq münasibətlərinə üstünlük verməyidir. Həmin uşaqların xüsusi dərnək, bölmə və məşğələlərdə iştirak edilməsi çox faydalıdır. Burada onlar ümumbəşəri dəyərlər, azad və sərbəst inkişaf, vətəndaş tərbiyəsi, tolerantlıq, azadlıq və insan hüquqlarına hörmət öyrənirlər.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı