AZ RU EN WEBMAIL
Tibbdə bu gün
24.10.2019
24 - Oktyabr Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

Bu gün Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. “Rotari” Beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan və hər il oktyabrın 24-də qeyd edilən bu günün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir.

 

Ümumdünya Poliomielitlə Mübarizə Gününün oktyabrın 24-nün seçilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir.

 

Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.

 

Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Həmin təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidirlər. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet yaranır.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı