AZ RU EN WEBMAIL
Tibbdə bu gün
29.09.2019
29 Sentyabr - Ümumdünya Ürək Günüdür

1999-cu ildən Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə Ümumdünya Ürək Günü keçirilir. Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər beynəlxalq təşkilatlar da həmin təşəbbüsə tərəfdar çıxıblar.

 

2011-ci ildən hər il sentyabrın 29-da Ümumdünya Ürək Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.

 

Ürək bütün orqanizmin işini təmin edən, onun sağlamlığı və normal fəaliyyəti üçün çox vacib orqandır. Həmin gün ürək-damar xəstəliklərinin epidemiyası təhlükəsini ictimaiyyətə çatdırmaq və məlumatlandırmaq, bu sahədə profilaktika işlərini genişləndirmək məqsədilə keçirilir.

 

Hazırda bütün dünyada insan orqanizminə çox böyük zərbə vuran işemik xəstəliklər, baş beyin insultları və infarktlar son dərəcə geniş yayılıb. Ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəbi olaraq qalır. Hər il dünyada 15 milyon nəfərdən çox sakin ürək-damar xəstəliklərindən vəfat edir.

 

Xəstəliyin əsas səbəbi yüksək təzyiq, qanda xolesterin və qlükozanın səviyyəsinin enib-qalxması, qidalanma zamanı təbii mənşəli vitaminlərdən azlığı, piylənmə və digər səbəblərdir.

 

Hər il Ümumdünya Ürək Günü çərçivəsində "Həyat üçün ürək" şüarı altında keçirilən tədbirlər ürəyin sağlamlığı ilə əlaqədar müəyyən mövzuya həsr edilir. Ürək Günü ilə əlaqədar keçirilən tədbirlərin proqramına kütləvi sağlamlıq yoxlamaları, ictimai mühazirələr, tamaşalar, elmi forumlar, sərgilər, konsertlər, gəzintilər və idman yarışları daxildir.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı