AZ RU EN WEBMAIL
Tibbdə bu gün
21.09.2019
21 Sentyabr - Beynəlxalq Alzaymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günü kimi qeyd edilir. Həmin gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis olunub.

 

Vaxtilə qədim Yunanıstanda yaşla yaddaş zəifliyi arasında əlaqənin olduğunu söyləsələr də, onun mövcudluğunu ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib. O, əlli yaşında vəfat edən xəstənin ölüm səbəblərini mətbuat səhifəsinə çıxarıb. Sonralar tibbi ədəbiyyatda ona oxşar bir sıra hadisələr barədə məlumat verilib. Çox keçmədən Altsheymer ayrıca bir xəstəlik kimi qəbul edilib.

 

Altsheymer normal qocalıq əlaməti olan düşünmə qabiliyyətinin pozulması prosesini sürətləndirərək inkişaf edən və ya xroniki patologiya halına gətirən problemdir. Xəstəlik zamanı danışıq, düşünmə, qavrama, anlama, hesablama, tanıma kimi qabiliyyətlər tədricən zəifləyir. Bu, əsasən 65 yaşdan sonra inkişaf edən problemdir, lakin xəstəliyə bəzi hallarda daha erkən yaşlarda da rast gəlmək olar.

 

Bu günə qədər mütəxəssislər tərəfindən bir çox sensasiya yaradan açıqlamaların olmasına baxmayaraq xəstəliklə mübarizə və ya onun profilaktikası ilə əlaqəli heç bir dəqiq elmi sübut yoxdur. Tibbin köməyi ilə sadəcə xəstənin vəziyyətini yüngülləşdirmək olar.

 

Hazırda dünyada xroniki yaddaş zəifliyindən əziyyət çəkən 35 milyon nəfər var. Mütəxəssislər 2050-ci ilə kimi həmin xəstəlikdən əziyyət çəkənlərin sayının 115 milyona çatacağını proqnozlaşdırırlar.

FAYDALI LİNKLƏR
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyi Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Virtual Qarabağ
KLİNİKALAR
Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikası Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası
Rektora Yazın Elektron Universitet Online Kitabxana Xarici tələbələr üçün Əlaqə Saytın xəritəsi Təbib qəzeti Tələbələr üçün test bankı